Milli Məclisin
sədri "Böyük iyirmilik"
ölkələri Parlament Sədrlərinin
8-ci Sammiti çərçivəsində
bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində təşkil olunan "Böyük iyirmilik" ölkələri Parlament Sədrlərinin 8-ci Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Parlamentlərarası
İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya
Respublikasının Nümayəndələr
Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr
Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin
müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə
heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə
Azərbaycan Prezidentinin təşəbbüsü ilə
yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin
fəaliyyəti, təşkilatın qarşısında duran
vəzifələr haqqında geniş məlumat verilib.
Görüşlərdə
ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq,
parlament təşkilatları ilə əlaqələrin
genişləndirilməsi mövzularında da fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2022.- 8 oktyabr.- S.4.