Tovuzda Milli Qəhrəmandan bəhs edən sənədli filmin təqdimatı keçirilib
2020-ci il
iyulun 12-dən başlayaraq
Ermənistan silahlı
qüvvələri Ermənistan-Azərbaycan
dövlət sərhədinin
Tovuz rayonu istiqamətində atəşkəsi
kobud şəkildə
pozaraq, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə
tutmuşdur.
Döyüşlərin üçüncü günündə
düşmənin təxribat
xarakterli hücumunun qarşısını alarkən
Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına
şəhid olmuşdur. Dövlət başçısı İlqar
Mirzəyevə ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adı verilməsi ilə bağlı sərəncam imzalamışdır.
İgid Azərbaycan oğlunun döyüşlərdə göstərdiyi
şücaət mətbuat
nümayəndələrinin də nəzərindən
yayınmamış, onun
haqqında kütləvi
informasiya vasitələrində
dəfələrlə maraqlı
məqalələr dərc
edilmişdir. Bu yaxınlarda
isə Milli Qəhrəman haqqında
"Artilleriyanın atası"
adlı sənədli
film çəkilmişdir. Bu günlərdə Tovuz
rayon Abulbəyli kənd
Mədəniyyət Evində
Tovuz Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət
İdarəsinin dəstəyi
ilə filmin təqdimatı keçirilmişdir.
Təqdimatdan əvvəl
ölkəmizin ərazi
bütövlüyü uğrunda
şəhid olan Vətən övladlarının
əziz xatirəsi birdəqiqəlik sükutla
yad edildikdən sonra filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış
edərək Mədəniyyət
Nazirliyinin sifarişi ilə "Salnaməfilm"
studiyası tərəfindən
çəkilmiş filmdə
Milli Qəhrəman İlqar Mirzəyevin keçdiyi döyüş
yolundan bəhs etdiyini diqqətə çatdırmışdır. Rejissor onu da
qeyd etmişdir ki,
İlqar Mirzəyev
Aprel savaşında göstərdiyi şücaətdən
sonra döyüşçü
dostları ona "Artilleriyanın atası"
ləqəbini vermişdilər.
Buna görə də şəhidin bu ləqəbi filmin adı olaraq seçilmişdir.
Sonda "Artilleriyanın atası"
sənədli filmi nümayiş etdirilmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.9.