Erməni hərbçilərinin azərbaycanlıları
kütləvi basdırdıqları daha bir məzarlıq aşkarlandı
Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Qeyd edək
ki, bu, Edilli
kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə
öldürərək kütləvi basdırdıqları
növbəti məzarlıqdır. Fevral
ayında Fransa, Niderland,
Çexiya, ABŞ, Ukrayna,
Moldova, Türkiyə, Şimali
Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən
olan 26 jurnalist Xocavəndin
Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.
Azərbaycan.- 2022.- 5 oktyabr.- S.10.