Ermənistan beynəlxalq hüquq
normalarına zidd olaraq
kütləvi məzarlıqların xəritəsini təqdim
etmir
Biz bu gün növbəti dəfə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətinin şahidi oluruq. Bu cür kütləvi qırğınlar təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, eyni zamanda, digər işğaldan azad edilmiş ərazilərdə də törədilib. Xocalıda, Ağdamda, Füzulidə də belə kütləvi məzarlıqlara rast gəlinməsi labüddür.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Hüquqi təhlil və araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.
Ramil İsgəndərli bildirib ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə bu cür məzarlıqların aşkarlanması mümkündür. “Çünki Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq bizə kütləvi məzarlıqların xəritəsini təqdim etmir. Bu cür qətllərin törədilməsi Beynəlxalq Hərbi Tribunalın nizamnaməsinə, həm də Cenevrə Konvensiyasına əsasən beynəlxalq hüquq normalarının pozulması və müharibə cinayəti sayılır”, - deyə o əlavə edib.
Qeyd edək
ki, erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində
Xocavəndin Edilli kəndində azərbaycanlıları
kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda
12 nəfərin qalıqları aşkarlanıb.
Azərbaycan.-
2022.- 5 oktyabr.- S.10.