Xocavənddəki kütləvi məzarlıqda
ayaqları bağlanmış azərbaycanlı hərbçilərin
skeletləri tapılıb
Ermənilər tarix boyu xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq da bunlardan biridir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.
“Xocavənd rayonunun Edilli kəndində
3 sahə aşkar olunub.
Birinci və ikinci sahədə
ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü
aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar,
ayaqlarında qara dəriyə bənzər
çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq,
siqaret kötükləri, gilizlər
aşkarlandı. Çoxunun ayaqları məftil
və kəndirlə bağlanıb. Sümüklər
müayinə üçün məhkəmə
tibbi kriminalistika
şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək”,
- deyə o bildirib.
Azərbaycan.-
2022.- 5 oktyabr.- S.10.