Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Nataliya Qavrilitsa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Moldovanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Azərbaycan.- 2022.-11 oktyabr.- S.3.