Azərbaycan və Moldova Baş nazirlərinin görüşü olub

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2022.-11 oktyabr.- S.3.