Şəhidin anım günü tədbiri keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş Vüqar Məmmədovun anım günü tədbiri keçirilib. Tədbirdə Aİİ-nin rəhbər heyəti və əməkdaşları, tələbələr, o cümlədən şəhidin döyüş yoldaşları, qazilər iştirak ediblər. Öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Aİİ-nin III kurs tələbəsi Kənan Əliyev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov anım günü tədbirində çıxış edərək Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Rektor 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.
Ali təhsil müəssisəsinin
rəhbəri şəhid Vüqar
haqqında xatirələrini bölüşərkən tələbələrə
bildirib ki, Vüqar vətənpərvərliyin, cəsarətin
və əxlaqın nümunəsidir. Gənclərimiz belə
oğullarımızın göstərdikləri şücaəti,
qəhrəmanlığı özlərinə örnək olaraq götürməlidirlər. Azərbaycan
İlahiyyat İnstitutunun
tələbəsi şəhid Vüqar Məmmədovun
anası Əsmər Məmmədova oğlunun
ordu sıralarına könüllü
qoşulduğunu qeyd edib. Şəhid anası onun
keçdiyi döyüş
yolundan bəhs edib. Sonda şəhid Vüqar
Məmmədovun ruhuna ehsan
verilib.
Azərbaycan.-2022.- 8 oktyabr.- S.10.