"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,  ¹ 12 (I kitab), maddə 2316; 2020, ¹ 7, maddə 875) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi"nin 3.1.5-ci, 3.1.11-ci, 3.1.31-ci, 4.7.6-cı, 4.7.21-ci, 4.7.27-ci yarımbəndlərinə, 5.4-cü və 7.4-cü bəndlərinə "təsərrüfat cəmiyyətlərinin" sözlərindən sonra "və tabeliyindəki digər qurumların" sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu"na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

"5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 10 oktyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.3.