İşğalçı dövlət sülhə məcbur edilir

 

Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə Ağdam rayonuna səfərini mahiyyət etibarilə qələbəmizin ikinci ildönümü ərəfəsində işğaldan azad edilmiş ərazilərdən dünyaya göndərilən siyası mesaj kimi də qiymətləndirmək mümkündür.

Azərbaycan 30 il düşmən tapdağı altındakı ərazilərimizin boşaldılacağını səbirlə gözlədi, bu münaqişəni həll etmək gücündə olan böyük dövlətlərin problemin həllinə tutarlı  dəstək verəcəklərinə ümid bəslədi. Nəhayət, erməni işğalını lal sükutla dəstəkləyən supergüclərin bu işğalla barışdıqlarını və onu asanlıqla həzm-rabedən keçirdiklərini görən Azərbaycan Prezidenti Ali Baş Komandan kimi "dəmir yumruğ"una və cəsarətli Azərbaycan əsgərinin əzəmətinə söykənib bütün dünyanın 30 il həllində "aciz" qaldığı məsələni 44 gündə yoluna qoydu. Xalqımız gücünü bir nöqtəyə yönəltdi və bu uydurma problemi bəşər tarixinin arxivinə atdıq.

Bu gün Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri bir neçə səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Əvvəlcə onu demək lazımdır ki, bu səfərlər dünya mediasında böyük əks-səda doğururgeniş işıqlandırılır: dostlar dost, düşmən isə düşmən kimi. Hər dəfə bu səfərlər zamanı dövlət başçısının olduğu yerlərin görüntüləri dünyaya yayılır, bir daha ermənilərin işğal tarixləri yada salınır, törətdikləri cinayətlər, vəhşiliklər təkrar-təkrar nümayiş etdirilir.

Dağılan şəhərlər, viran qoyulan kəndlər ekranlardan keçir və Azərbaycan Prezidenti işğalın 30 ili ərzində bu yerlərin hansı vandallıq hərəkətlərinə məruz qaldıqlarını, hansı müharibə cinayətlərinin törədildiyini dəfələrlə deyir.

Öz qədimlikləri, mədəniyyəti və tarixi ilə bağlı  minlərlə yalan uyduran erməni təbliğat maşını artıq qanlarına hopmuş faşizmin ifşa edilməsinin qarşısını almaqda acizdir. Artıq bu gün erməni faşist təbliğatı yüz ilsonuncu işğalın 30 ili ərzində  törədilən cinayətləri pərdələmək, üstünü örtüb gizlətmək imkanlarını itiriblər. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin xarabazarlıqları və viran qalan görkəmi ilə ermənilərin necə "qədim və müdrik" xalq olduqlarını ifşa edir və tutarlı dəlillərlə kim olduqlarını ortaya qoyur. Eyni zamanda məlum olan bu faktların arxasından erməni vandallığının görünməyən tərəfləri də boy verib üzə çıxmaqdadır.

Qədimlikləri ilə öyünməkdən əl çəkə bilməyən erməni faşistləri işğal etdikləri Azərbaycan ərazilərində məşhur kurqanları, qəbiristanlıqları, türbələri, məscid və məbədləri, Qafqaz Albaniyasına məxsus yüzlərlə abidəni  dağıdıb məhv etmiş və digər milli irsimizi, muzeylərimizi  viran qoymuş, tariximizin ən qiymətli mədəni nümunələrini daşıyıb aparmışlar.  

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi yerləyeksan edilmiş, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatları talan edilib Ermənistana daşınmışdır. Şuşanın işğalı nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılıb viran qoyulmuşdur. Şuşa şəhərinin tarix muzeyinin 5 minədək eksponatı, digər muzeylərin minlərlə eksponat və əşyaları Ermənistanda "qədim" xalqın yeni qondarma tarixinin uydurulmasında istifadə edilir.

Yəni Azərbaycan Prezidentinin müharibədən hətta  iki il  sonra da  işğaldan azad edilmış ərazilərə səfərləri erməni vandallığının mahiyyətini aşkarlamağa,  onların törətdikləri cinayətləri fasiləsiz damğalamağa qadirdir. Əminik ki, erməni faşizmi bundan sonra da qətiyyətlə ifşa ediləcək və qatillər cəzalanacaq. Yeni sənədli filmlər çəkiləcək, daha möhtəşəm beynəlxalq tədbirlər təşkil ediləcək və erməni işğal muzeyləri yaradılacaq. Biz digər tərəfdən erməni xalqına onun beyninə vurulan faşizmin buxovlarından azad olmaqda yardım edəcəyik. Heç bir xalq təkbaşına faşizmdən qurtulmaq gücündə olmayıb. Elə düşünməyin ki, İrəvanda Qarabağ hay-küyü ilə küçələrə tökülənlər erməni xalqının iradəsini əks etdirir. Belə deyil - ortalıqda olanlar Ermənistanı ABŞ-ın, Fransanın və ya  Rusiyanın maraqlarına itaət etdirmək istəyən diaspor təmsilçiləridir. İrəvan onlar üçün sadəcə rinqdir, piketli etirazları təşkil edir. Onlar xalqın adından köpüklənirlər. Sadə erməni dincliksülh arzusundadır.

Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzura səfərlərini kim izləsə, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın və hətta onun tərəfdarlarının ağlına batmayan möhtəşəm quruculuq işlərinin aparıldığını görəcək. Əgər ermənilər iddia etdikləri kimi işğal etdikləri ərazilərimizin qədim sakinləri olsaydılar, dünyaya səpələnən 10 milyon erməninin heç olmasa bir milyonunu geri qaytara, kəndlər və yeni şəhərlər sala bilərdilər. Bacarmadılar, çünki yaddırlar, gəlmədirlər. Heç vaxt "böyük Ermənistan" olmayıb və bu ideya erməni diasporundan başqa heç kimə lazım deyil. Amma biz görün nələr edirik! Yalnız bir gündə Prezidentin iştirakçısı olduğu tədbirlərin siyahısına nəzər salaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər edərkən yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldular, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yolkommunikasiya şəbəkəsinin, "City hotel" Ağdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Onlar Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış oldular, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yoluavtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər. Yalnız bir rayonda görülən işlərin və start verilən digər tədbirlərin sayı hesabı yoxdur. Bəs niyə "qədim" erməni xalqı bir Ermənistan qədər ərazilərimizi işğal etdi, amma 30 ildə bir erməni kəndi sala bilmədi? Qarabağ üçün şaxsey deyib, başlarına kül səpən erməni diasporu niyə Rusiyadan, FransadanABŞ-dan "azad etdikləri" torpaqlara dönmədilər, bir neçə kəndin, şəhərin bünövrəsini atmadılar?

Azərbaycanın iki ildə apardığı quruculuq işlərini tərəzinin bir gözünə qoyaq, ermənilər də qaldırdıqları, tikdikləri, bərpa etdikləri abidələrin siyahısını o biri gözünə yığaq. Onda hər şey aydın olar. Gəlsinlər, Qarabağı bizdən necə çox sevdiklərini  göstərsinlər, sübut etsinlər. Bacarmayacaqlar, çünkü  reallıqlar başqadır. Ermənilər vuruşduqları 30 il ərzində insanlığa sığmayan vəhşiliklərini təsdiq etdilər. Çünki onlar bu torpaqların əsl sahibi deyillər. Bütün kəndləri, şəhərləri darmadağın etdilər, evlərin dam dəmirlərini, divarlarını belə söküb satdılar. Nə üçün erməni faşistlərinin "miatsum" çağırışlarına ABŞ, FransaRusiya erməniləri cavab vermədilər. Belə ki, nə köçüb gələn oldu, nə də döyüşlərə qatılan tapıldı. Çünki bu torpaqların ermənilərə heç bir dəxli yoxdur.

Biz isə bütün işğal altındakı əraziləri yenidən qururuq. Azərbaycan Prezidenti İlham Əliyev Ağdama sonuncu səfərində iki kəndin və rayon mərkəzində 500 ailənin evlərinin təməlini qoydu.

Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfər - 639 ailə məskunlaşacaq. Kənd adamı ev tikəndə onu başa çatdırmaq üçün az qala bütün ömrünü sərf edir. Amma indiki sürətlə Kəngərli düz iki ilə inşa ediləcək!

Ermənilər bütün abidələrimizin, mədəniyyət xadimlərimizin evlərinin izlərini belə itirdilər. Azərbaycan Prezidenti isə Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılış mərasimində iştirak etdi.

Hiylə ilə savaşla ərazilərimizə soxulub abidələrimizi məhv etmək, bütün yaşayış məskənlərindən Azərbaycanın izlərin silmək elə də böyük qəhrəmanlıq deyil. Çünkü bu 30 illik vəhşiliklərin sonunda hər şeyi qoyub qaçdılar. Əsl hünər və qəhrəmanlıq odur ki, öz torpaqlarını geri alasanona möhtəşəm və misilsiz görkəm verə biləsən. Bu baxımdan Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə qayıdışı daha böyük əhəmiyyət kəsb edir.

Ağdamın imarətində Pənahəli xanın sarayında Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Ermənilər Ağdam şəhərini işğal etdikdən sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İndi fikir verin, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən bu kompleksin bərpası işlərinə başlanılmışdır.

Dövlət başçısının işğaldan azad edilmiş bu ərazilərə istənilən səfəri xalqımıza düşmənin hansı uçurumlara yuvarlandığını və bizim ucaldığımız zirvələrin möhtəşəmliyini anlamağa imkan verir.

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində aparılan danışıqları müsbət qiymətləndirsə də, bəzi məqamlarda Ermənistanın baş nazirinin anlaşılmayan hərəkətlərinin mövcudluğunu da qeyd etdi. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadaraq, kommunikasiyaların açılmasına gedirik. "Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yoluavtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək", - deyə Azərbaycan Prezidenti bildirmişdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.6.