ADA Universitetində Stajçı-Attaşelər üçün Xarici
Siyasət Proqramının açılışı olub
Oktyabrın 10-da ADA Universitetində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahandan keçmiş Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramı (AFSP- Advanced Foreign Service Proqram) təliminin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən ADA Universitetinin
prorektoru Fariz
İsmayılzadə əmək fəaliyyətinə başlayan gənc diplomatları təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar
arzulayıb. O bildirib ki, gənc
diplomatların seçim
prosesi ciddi meyarlarla həyata keçirilib. Altı ay ərzində davam
edən təlimlər
gənc diplomatlara yeni bilik və
bacarıqlar qazandıracaq.
Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış
edərək diplomatik
xidmətə qəbul
imtahanını müvəffəqiyyətlə
keçən iştirakçılara
öz təbriklərini
çatdırıb. Dəyişən beynəlxalq münasibətlər
konyunkturasında ölkəmizin
xarici siyasətinin uğurla icra edilməsində diplomatların
üzərinə böyük
yük düşdüyünü
bildirən nazir müavini, bu xüsusda hər zaman Azərbaycanın milli maraqlarının üstün tutulmasının
vacibliyini qeyd edib. Azərbaycanın müstəqillik tarixi, xarici siyasəti haqqında məlumatları diqqətə
çatdıran nazir müavini, həmçinin
44 günlük Vətən
müharibəsi və
regionda yaranmış
vəziyyət barədə
danışıb. O bildirib
ki, Azərbaycan üçtərəfli Bəyanatın
müddəalarını yerinə
yetirməyə davam edir. Azad olunmuş
ərazilərdə bərpa,
yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir.
Azərbaycanın prinsipial mövqeyi
dəyişməz olaraq
qalır. Azərbaycan qalib
ölkə olaraq qarşı tərəfə
sülh müqaviləsinin
imzalanmasını təklif
edib. Bütün bunlara baxmayaraq,
Ermənistan təcavüzkar
əməllərini, ölkəmizə
qarşı ərazi iddialarını davam etdirir.
“Biz müstəqillik,
suverenlik və ərazi bütövlüyünə
hörmət prinsipləri
əsasında Ermənistanla
münasibətlərin normallaşmasının
tərəfdarıyıq”, - deyə nazir müavini vurğulayıb.
Nazir müavini, həmçinin
mövcud çağırışlara
cavab vermək qabiliyyətində olmaq üçün gənc diplomatlara bundan sonra da öz
bilik və bacarıqlarını artırmağı
və bunun üçün keçirilən
təlimlərdə aktiv
iştirak etməyi tövsiyə edib.
Açılış mərasimində, həmçinin
ADA Universitetinin İxtisasartırma
Proqramlarının direktoru
Nərgiz İsmayılova
proqramın modulları
və modulları təqdim edəcək təlimçilər ilə
bağlı təqdimatla
çıxış edib.
Daha sonra Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, şöbə
müdiri Günay Rəhimova və ADA Universitetinin İnkişaf
və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxış
edərək proqram haqqında öz fikirlərini tədbir iştirakçıları ilə
bölüşüb, onlara
uğurlar arzu ediblər.
Sonra proqram iştirakçıları
çıxış edərək
proqram haqqında gözləntilərini və
təkliflərini diqqətə
çatdırıb, habelə
proqram təşkilatçılarına
təşəkkürlərini bildiriblər.
Azərbaycan.- 2022.- 11 oktyabr.- S.9.