Mikayıl Hüseynovun
və Sadıq Dadaşovun birgə abidəsinin
ucaldılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq memarlıq sənətinin təşəkkülündə
mühüm xidmətləri olan görkəmli Azərbaycan
memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və
Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin
əbədiləşdirilməsi məqsədilə qərara
alıram:
1. Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2022-ci il
Azərbaycan.-2022.- 9 oktyabr.- S.2.