Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub
Ölkəmizdə ilk dəfə keçirilən
Azərbaycan Milli Şəhərsalma Forumunda
Bəyannamə qəbul
olunub.
AZƏRTAC Bəyannamənin mətnini təqdim edir.
“Dayanıqlı İnkişaf
Məqsədləri” və
“Yeni Şəhər Gündəliyi” postmünaqişə
dövründə bərpa
və yenidənqurmanın
aparıcı qüvvəsi
kimi.
Biz, Birinci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA#1) iştirakçıları
— milli və yerli hökumətləri,
parlamentləri, vətəndaş
cəmiyyətini, yaşlıları,
qadınları, gəncləri,
uşaqları, əlilliyi
olan şəxsləri,
yerli qrupları və icmaları, özəl sektoru, fondları və xeyriyyə təşkilatlarını,
beynəlxalq və
regional təşkilatları, akademik dairələri, peşəkarları və
digər müvafiq maraqlı tərəfləri
təmsil edərək
postmünaqişə dövründə
bərpa və yenidənqurmanın aparıcı
qüvvəsi kimi Dayanıqlı İnkişaf
Məqsədlərinə (DİM) nail olmaq üçün davamlı inkişafın sürətləndirilməsi, eləcə
də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin
görülməsi və
sülhün qurulması
üçün yol xəritəsi olaraq “Yeni Şəhər Gündəliyi”nin (YŞG) yerli
şəraitə uyğunlaşdırılmasına
xüsusi diqqət yetirmək, dayanıqlı
urbanizasiya proseslərinə
əlaqələndirilmiş şəkildə yerli və milli töhfələri
dəstəkləmək məqsədilə
Ağdam və Bakı şəhərlərində
toplaşmışıq.
BMT-nin sabiq Baş katibi Pan Gi Munun sözlərinə
əsasən “qlobal dayanıqlılıq uğrunda
mübarizəmiz məhz
şəhərlərdə qalib gələcək və ya məğlub
olacaqdır”. Bu səbəbdən,
biz hər kəs üçün rifahın
və həyat keyfiyyətinin yüksəldilməsi
məqsədilə heç
bir ayrı-seçkiliyə
yol vermədən indiki və gələcək nəsillərin
bütün nümayəndələri
tərəfindən ədalətli,
təhlükəsiz, sağlam,
əlçatan, əlverişli,
davamlı və dayanıqlı şəhərləri,
yaşayış məntəqələrini
qura bilmələrini təmin etmək üçün bütün
səyləri, vasitələri
və resursları səfərbər etməyə
çağırırıq.
Bununla, biz dayanıqlı
urbanizasiya haqqında məlumatlılıq səviyyəsinin
yüksəldilməsi üzrə
qlobal platforma kimi oktyabr ayının
“Şəhərsalma ayı”
(“Urban October”) kimi qeyd
olunması imkanının
mühüm əhəmiyyətini
qeyd edirik.
2022-ci ilin “Qüsurlara
diqqət etməli. Heç
kəsi və heç bir yeri diqqətdən kənar qoymamalı” mövzusuna uyğun olaraq, NUFA#1 çoxtərəfli
platforma kimi ölkədə iqlimin yaxşılaşdırılmasına töhfə verəcək
dayanıqlı və
ədalətli inkişafı
təşviq edərək
tarazlaşdırılmış şəhər inkişafı
üçün faktiki
məlumatlara əsaslanan
qərarların qəbulunu
dəstəkləmək məqsədilə
əsas qərar qəbulediciləri, şəhərsalma
sahəsində ixtisaslaşmış
məsul tərəfləri
və mütəxəssisləri
bir araya gətirir. Şəhərlərin
bərpası üzrə
göstərilən səylərin
əsas elementlərini
müzakirə edərkən
qarşıya qoyulmuş
iddialı hədəflərə
nail olmaq üçün
Forum həmçinin hökumətlər
və geniş ictimaiyyət tərəfindən
əlaqələndirilmiş şəkildə kompleks yanaşmanın təmin edilməsinin əhəmiyyətini
vurğulayır.
Biz, NUFA#1
iştirakçıları, bir daha təsdiq
edirik ki, milli özünəməxsusluğun
əsas elementi olaraq maddi və
qeyri-maddi irs, yaradıcılıq və
bədii müxtəliflik
də daxil olmaqla mədəniyyətin
tərənnüm edilməsi
və dirçəlişi
şəhər böhranları
üzrə urbanizasiya
çağırışlarının həlli və dəymiş zərərin
aradan qaldırılması
sahəsində Dayanıqlı
İnkişaf Məqsədlərinin,
xüsusilə 11-ci Məqsəd
olan “Şəhər və yaşayış məntəqələrinin açıqlığının,
təhlükəsizliyinin, davamlılığının
və ekoloji dayanıqlılığının təmin edilməsi” və “Yeni Şəhər
Gündəliyi”nin Azərbaycan
Respublikasında adaptasiyasının
tərkib hissəsidir.
Biz inanırıq ki,
çoxşaxəli və
sektorlararası əlaqələndirməni,
şəffaflığı və hesabatlılığı
artırmaq üçün
dayanıqlı şəhər
idarəetmə sistemləri
hökumətlərin müxtəlif
səviyyələri arasında
bütün qərarvericilərin
davamlı iştirakını
və dialoqunu təmin etməlidir.
Biz
şəhərlərin dayanıqlı inkişafı və
“Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsi
üçün özəl sektor, vətəndaş cəmiyyəti
təşkilatları və akademik dairələr, habelə
digər tərəfdaşlarla əməkdaşlıq edərək
mövcud əlaqələrin qorunub saxlanılması və
yeni əlaqələrin qurulmasının əhəmiyyətini
vurğulayırıq.
Biz bütün səviyyələrdə konstruktiv iştirakçılığı təmin etmək məqsədilə dəyişikliklərin idarə olunması və mehriban qonşuluq üçün əlverişli, təhlükəsiz, habelə yaşa və genderə həssas ətraf mühiti gücləndirməklə bağlı zəruri düşüncə dəyişikliyini təmin edən yaradıcı həllər və innovativ təcrübələrin davamlı mübadiləsini və paylaşımını təşviq edirik.
Nəhayət, biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, Azərbaycan Respublikasında təhlükəsiz, firavan, inklüziv və davamlı şəhərlərin, digər insan məskənlərinin yenidən qurulması üçün minalardan təmizləmənin əhəmiyyətini xüsusi olaraq vurğulayırıq.
Bu Bəyannamə Polşanın Katovitse şəhərində keçirilmiş 11-ci Ümumdünya Şəhər Forumunun Bəyannaməsindən ilhamlanaraq Misirin Qahirə şəhərində keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunun uğuruna töhfə vermək niyyəti ilə tərtib edilmişdir.
Biz
NUFA#1 Forumuna ev sahibliyi etdiyinə görə Azərbaycan
hökumətinə, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə, Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Nümayəndəliyinə və ADA
Universitetinə, Ağdam və Bakı şəhərlərinə,
həmçinin Forumun keçirilməsinə dəstək
verdiyi üçün BMT-nin Məskunlaşma Proqramına təşəkkür
edirik. Biz gələcək Milli Şəhərsalma Forumlarının
keçirilməsi istiqamətində fəaliyyətlərə
töhfə vermək məqsədilə davamlı əməkdaşlığın
təmin ediləcəyini bəyan edirik”
Azərbaycan.-2022.- 9 oktyabr.- S.2.