Milli Məclisdə Dünya
Bankının nümayəndələri ilə görüş
Oktyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili və komitə üzvləri Dünya Bankının nümayəndələri ilə
görüşüblər.
Komitənin sədri qonaqları salamlayaraq, Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin əhəmiyyətindən danışıb. Tahir Mirkişili Azərbaycanda büdcə sisteminin dayanıqlığının möhkəmləndirilməsi mexanizmlərindən söz açaraq, bu barədə fikirlərini bölüşüb.
Görüşdə iştirak edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vüqar Bayramov, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Mahir Abbaszadə və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Azərbaycanda büdcə prosesləri, büdcə sisteminin dayanıqlılığı, Orta Müddətli Xərclər Çərçivəsinin qiymətləndirmə meyarları haqqında danışıblar.
Dünya Bankının nümayəndələri Mark Robinson, Marko Kancano, Ana Palaçio və İsveçrə Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Aytən Axundova fiskal dayanıqlılığın inkişafı, büdcə qaydaları, Orta Müddətli Xərclər Çərçivəsi kimi istiqamətlərdə beynəlxalq təcrübədən söz açıblar, bu kontekstdə birgə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Sonra söhbətdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2022.- 12 oktyabr.- S.6.