AzMİU-da IV Avrasiya Risk Beynəlxalq Konfransı keçirilir

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı işə başlayıb. Üç gün (11 - 13 oktyabr) davam edəcək konfrans AzMİU, "AMİR Technical Servises" şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup - ABŞ-nin Qnedenko ForumuAvrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransı açıq elan edərək bildirib ki, qloballaşma, iqtisaditexnoloji inkişaf həyat tərzinin daha da rahatlaşmasına şərait yaratsa da, bu tendensiya özlüyündə riskləri də artırır. Risklərin müəyyən olunması, qiymətləndirilməsi və potensial təhlükələrin aradan qaldırılmasının vacibliyinə toxunan professor G.Məmmədova Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxilixarici siyasət ölkəmizdə riskləri, potensial təhlükələri minimuma endirib və Azərbaycanı qlobal arenada nüfuzlu, eyni zamanda etibarlı tərəfdaşa çevirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri,  professor Sadiq Qurbanov çıxışında təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərdən danışıb. Komitə sədri konfransın aktuallığına diqqət çəkərək təşkilatçılara təşəkkür edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ekoloji risklərin bu gün ən aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi təhlükələrin qarşısının alınması baxımından son dərəcə vacib amildir.

Tədbirdə Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, "AMİR Technical Servises" şirkətinin baş direktoru Vüqar Əliyev və digərləri çıxış ediblər.

Konfransda Avstriya, İtaliyaAlmaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər. Ümumilikdə konfransa 20 ölkədən elmi məqalələr daxil olub.

Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.

 

Əsmər QARDAŞXANOVA,

 

Azərbaycan.- 2022.- 12 oktyabr.- S.6.