10 ilin ASAN yolu
İlham
Əliyevin yaratdığı milli brend ictimai xidmətlər
sahəsində mükəmməl nümunə, təkmil
örnəkdir
Tarix 2003-cü il 15 oktyabr.
Azərbaycan xalqı ölkədə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyevə yüksək etimad mandatı verərək özünə lider seçir. Xalqın inandığı, güvəndiyi dövlət başçısı yürütdüyü uğurlu diplomatiya və milli maraqlara əsaslanan müstəqil siyasətlə nəinki göstərilən etimadı doğruldur, hətta 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyaraq Müzəffər Komandan kimi könüllərdə heykəlini ucaldır.
Prezident kimi fəaliyyət göstərdiyi 19 ildə İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirir. Dünyada ən islahatçı, humanist və müstəqil siyasət yürüdən lider kimi tanınır. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misli görünməmiş layihələr reallaşdırır. Məhz bu layihələrlə Azərbaycan dünyaya milli "Made in Azebaijan" kimi brendlər çıxarır.
O milli brendlərdən biri də "ASAN xidmət"dir.
Prezidentin sözü ilə desək "ASAN xidmət"in
yaradılması Azərbaycanda
aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir".
10 il öncə - 2012-ci ildə Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri
yaradılmasını və
onların gələcək
fəaliyyətini dəyərləndirərkən
Prezident İlham Əliyevin söylədiyi
bu fikirlər bu gün bir
daha öz təsdiqini tapır.
Siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanan
İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi 19 ildə xalqın rahatlığı
naminə həyata keçirdiyi islahatlar bu gün öz
mükəmməl nəticəsini
verməkdədir. Prezidentin ictimai xidmətlər
sahəsində reallaşdırdığı
islahatların nəticəsidir
ki, bu gün
vətəndaş-dövlət münasibətləri yüksək
səviyyədədir.
10 ildə 24 "ASAN xidmət"
mərkəzi yaradılıb
Bu, bir həqiqətdir
ki, İlham Əliyev fəaliyyətə
başladığı ilk gündən
dövlət orqanları
qarşısında əhalinin
problemlərinin operativ
öyrənilməsini və
səmərəli həllini
ən vacib vəzifə kimi müəyyənləşdirib. Həmçinin bu sahədə ən mükəmməl nümunəni yaratmaqla rəsmi strukturların xalqın xidmətçisi
funksiyası daşıdıqlarını
daim təbliğ edib.
Elə prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik,
məsuliyyətlilik, etik
davranış qaydalarına
nəzarət və rahatlıq olan "ASAN xidmət" sisteminin yaradılması da bu islahatların real nümunəsidir.
Bu gün "ASAN xidmət"
dünyada bu sahədə ən təkmil örnək kimi qəbul edilən Azərbaycan modelidir. İctimai xidmətlər sahəsində
"ASAN xidmət"in xətti
ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi edib, eyni zamanda cəmiyyətdəki
münasibətlərə də
çox müsbət
təsir göstərib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri
dövlət başçısının
2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə yaradılsa da, qurum həmin
ilin 29 dekabr tarxindən fəaliyyətə
başlayıb.
Hazırda 24 "ASAN xidmət" mərkəzi
fəaliyyət göstərir. Onlardan
7-si Bakı şəhərində,
2-si Gəncədə, 2-si Sumqayıtda
olmaqla, digərləri
Sabirabad, Bərdə,
Qəbələ, Masallı,
Quba, Mingəçevir,
İmişli, Şəki,
Şamaxı, Kürdəmir,
Tovuz, Ağcabədi və Balakəndədir.
Lənkəran, Salyan və Naxçıvanda isə
ilk "ASAN xidmət" mərkəzləri
inşa olunur.
Bir mərkəzdə 320-dən çox
xidmət
"ASAN xidmət" mərkəzlərində
müxtəlif dövlət
orqanları, həmçinin
özəl şirkət
və müəssisələr
tərəfindən ümumilikdə
325-dən çox xidmət
göstərilir.
"ASAN Kommunal" mərkəzlərində
isə "Azərişıq"
ASC, "Azərsu" ASC və
"Azəriqaz" İB tərəfindən
55 növ xidmət mövcuddur.
Bu günədək "ASAN xidmət"
mərkəzlərinə 8 milyon 236 mindən çox vətəndaşın 57 milyona
yaxın müraciəti
daxil olub.
Keçirilən rəy sorğularına
əsasən vətəndaşların
xidmətlərdən məmnunluq
əmsalı 99,5 faiz təşkil edir.
Ümumiyyətlə, sirr deyil ki,
İlham Əliyevin müəllifi olduğu
"ASAN xidmət"in yaradılması
ictimai xidmətlər
sahəsində inqilabi
dəyişiklik kimi qəbul edilir. Eyni zamanda
bu, yeni davranış qaydalarının
tətbiqidir.
Əvvəllər xidmət sektoru problemli sahə idi. Həm pozuntular olurdu,
həm diqqətsizlik,
həm də vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları
günlərlə, həftələrlə
ala bilmirdilər, yaxud
da onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürülürdü.
Bu gün isə məmnunluq əmsalı
100 faizə yaxın olan "ASAN xidmət"
mərkəzləri ölkə
ictimaiyyətinin ən
çox etibar etdiyi, inandığı, güvəndiyi mərkəz
kimi fəaliyyət göstərir.
Könüllü ordusu, 10 səyyar
"ASAN xidmət" avtobusu
və 1 "ASAN qatar"
Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 686 mindən çox vətəndaşa səyyar xidmət göstərilib.
Könüllülər "ASAN xidmət"in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 mindən çox təlim, 750-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 minə yaxın könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.
Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.
Bu çərçivədə İtaliya, Böyük Britaniya, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və digər ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə anlaşma memorandumları imzalanıb.
Eyni zamanda UCLG Afrika və ICESCO təşkilatları ilə anlaşma memorandumları imzalanıb.
İndoneziya, Monteneqro, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyası və bir sıra ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumlarının nümayəndələrinə Dövlət Agentliyinin ekspertləri tərəfindən təlimlər keçirilib.
Həmçinin bir neçə ölkədən "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.
Göründüyü kimi, milli brendimiz olan "ASAN xidmət" fəaliyyətini getdikcə daha da şaxələndirir. "ASAN xidmət"də çalışan hər bir əməkdaş öz işi ilə həm vətəndaş məmnunluğunun daha da yüksəlməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin artması üçün operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə sadiqlik nümayiş etdirir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 15 oktyabr.- S.19.