Yüksəliş, quruculuq və qələbə

 

 

Artıq iki ilə yaxındır ki, xalq və dövlət olaraq müasir tariximizin ən şərəfli və qürurdoğuran dövrünü yaşayırıq. Çünki 44 günlük müharibənin nəticəsi olaraq ərazi bütövlüyümüzü bərpa etdik, məğlubiyyət damğasını üzərimizdən həmişəlik götürdük.

Hünər meydanında güc yolu ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev indi Qarabağa və Şərqi Zəngəzura yeni həyat bəxş edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin timsalında isə bütün dünya bir daha möhtərəm İlham Əliyevin yenilməz qətiyyətinə, quruculuq əzminə, dövlətimizin gücünə, xalqımızın iradəsinə şahidlik edir.

Torpaqlarımız işğal altında olanda da, Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Günlərin birində ərazilərimizin azad ediləcəyinə olan inam heç vaxt bizi tərk etmədi. Bu inamı yaşadan, onu itməyə qoymayan isə Ulu Öndər Heydər Əliyevlə başlanan və möhtərəm İlham Əliyevlə davam edən siyasi kurs idi. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, müstəqilliyimizi qorudu, müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını formalaşdırdı. Ədalətsizliyin baş alıb getdiyi, beynəlxalq hüququn yox, gücünhegemonluğun rol oynadığı bir dünya nizamında Ulu Öndər Azərbaycanı beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvünə çevirdi, sosial-iqtisadi tənəzzülə son qoyaraq respublikamızı inkişaf yoluna çıxardı.

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə xalqımızın yüksək etimadını qazanan Prezident İlham Əliyev isə Heydər Əliyev yolunu layiqincə davam etdirməklə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi.

Bu gün həmin tarixdən 19 il ötür. Bu illər bir dövlətin tarixində böyük zaman kəsiyi deyil. Amma bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, keçdiyi inkişaf yolu neçə-neçə onilliklərə bərabərdir. Tarixi təcrübə göstərir ki, Avropanın, Amerikanın, Asiyanın  inkişaf etməkdə olan dövlətləri bugünkü iqtisadi göstəricilərinə gəlib çatmaq üçün 50-100 ilə yaxın məsafə qət etmişlər. Amma onların getdikləri yolu Azərbaycan cəmi 15-16 ilə keçib. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin ən mühüm məqamlarından biri Azərbaycanın iqtisadi yüksəlişidir. Bu inkişafı təmin etmək üçün Prezident İlham Əliyev ilk növbədə Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasını layiqincə davam etdirdi. Bu sahədə erməni lobbisinin, antiazərbaycançı şəbəkənin təzyiqlərinin qarşısını qətiyyətlə alan Prezident İlham Əliyevin yenilməz iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılmasından sonra tarixdə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının alternativ nəql marşrutları ilə dünya bazarlarına çıxarılması təmin olundu. Neft-qazdan əldə olunan gəlirlər isə effektiv şəkildə iqtisadi tərəqqiyə, qeyri-neft sektorunun inkişafına yönəldildi. İlham Əliyevin inkişaf strategiyasının, müəllifi olduğu mütərəqqi islahatların, düşünülmüş dövlət proqramlarının nəticəsi olaraq ölkəmizin dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf etdirildi. Bütün bunların nəticəsində Azərbaycan həm müxtəlif vaxtlarda yaranan qlobal iqtisadi böhranların, o cümlədən pandemiyanın mənfi təzahürlərindən uğurla çıxa bildi.

Möhtərəm İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan ötən 19 ildə beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Uzun illərdir ki, regionda lider olan, bütün məsələlərdə aparıcı mövqedə dayanan dövlətimiz beynəlxalq enerji təhlükəsizliyinin  söz sahiblərindən biridir. Bu il oktyabr ayının 1-də Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı isə göstərdi ki, hazırkı gərgin beynəlxalq münasibətlər şəraitində belə Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edir. Qeyd etdiyim Qaz İnterkonnektoru vasitəsilə Azərbaycan "Cənub qaz dəhlizi" ilə Avropa İttifaqı ölkələrinə ixrac etdiyi təbii qazın həcmini artıracaq.

Ümumiyyətlə, indiyə qədər bütün həyata keçirilən enerji layihələri ondan xəbər verir ki, Azərbaycan özünün enerji siyasəti ilə bağlı nəyi planlaşdırıbsa, hər birinə qətiyyətlə nail olub. Enerji təhlükəsizliyi ilə bağlı qlobal proseslərin hazırkı gedişatı Prezident İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi Azərbaycanın enerji siyasətinin qədər düşünülmüş qədər uzaqgörən olduğunu göstərir. 

Mənim üçün həm qürurvericidir ki, vaxtilə prezident seçkiləri kampaniyası dövründə möhtərəm İlham Əliyevin vəkili kimi fəaliyyət göstərmişəm. Həmin vaxtlarda yerlərdə seçicilərlə keçirilən görüşlər zamanı mən hər zaman xalqımızın cənab İlham Əliyevə böyük etimadının, inamının, Heydər Əliyev yoluna sədaqətinin şahidi olurdum.  Bəli, bir lider üçün xalqın sevgisindən böyük ola bilər? Eyni zamanda seçkilərdə vəkil kimi fəaliyyətim mənə göstərilən böyük etimad idi.

Cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin əsas məqamlarından biri torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ilk gündən yürütdüyü qətiyyətli siyasət oldu.  Yaxşı xatırlayırıq ki, İlham Əliyev həm çıxışlarında onu bəyan edirdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə torpaqlarımız müharibə yolu ilə işğaldan azad olunacaq. Bu baxımdan 44 günlük Vətən müharibəsi hər zaman verdiyi sözün, vədinin üzərində layiqincə dayanan Prezident İlham Əliyevin qətiyyətinin milli maraqlara sədaqətinin ən böyük təntənəsi oldu. Bu savaşda möhtərəm İlham Əliyev yalnız Ermənistana deyil, həm onun havadarlarına, dünya erməniliyinə qalib gəldi. Müharibə günlərində xalqımız dünya ictimaiyyəti bir daha İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə vətənpərvərliyinə şahidlik etdi. Bu savaş həm onu göstərdi ki, Azərbaycan xalqı öz rəhbərinin ətrafında sıx səfərbər olub heç bir qüvvə bunu sarsıda bilməz.

İndi Qarabağ Şərqi Zəngəzur böyük tikinti meydanını xatırladır. Bu torpaqları azad edən İlham Əliyev onları həm bərpa edir, yenidən qurur. Qısa müddətdə azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyası heyrət doğurmaya bilmir. Beləliklə, İlham Əliyevin qətiyyətli siyasəti yenilməz iradəsi indi azad olunmuş ərazilərimizin sürətli bərpasının fonunda, həmçinin Ermənistanın sülhə məcbur edilməsində, Azərbaycanın ərazi bütövlüyünü tanımasında özünü təcəssüm etdirir.

Budur İlham Əliyev siyasəti, budur İlham Əliyevin vətənpərvərliyi. Belə lideri olan xalq isə ən yüksək ehtirama layiqdir.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin  prezidenti

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.10.