UNESCO erməni
vandallığını görməzlikdən gəlir
İstər döyüş meydanında aldığı sarsıdıcı zərbələr, istərsə də siyasi masalardakı ard-arda uğursuzluqlar erməni vandallarını təşvişə salıb.
Güc yolu ilə nəyəsə nail ola bilmədiklərini anlayan erməni hərbi-siyasi rəhbərliyi çıxış yolunu havadarlarının əli ilə Azərbaycana təzyiq etməkdə görürdülər. Bu niyyətləri də baş tutmadı və bir qayda olaraq bundan sonra da alınmayacağı şübhəsizdir.
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və möhkəm iradəsi "sülh göyərçini" olmaq həvəsinə düşən Emmanuel Makronu yerində oturtdu. Astana səfəri zamanı Azərbaycan Prezidenti konkret olaraq bildirdi ki, belə bir adamın vasitəçilik missiyası qəbuledilməzdir. Bizimlə də heç kim təzyiq yolu ilə danışa bilməz! Fransanın və digər "təəssübkeşlərinin" əli ilə Azərbayacana təzyiq edib istədiklərinə nail ola bilməyəcəklərini anlayan ermənilər olmayan ağıllarını itirərək daha böyük, insanlığa sığmayan vəhşiliklər edirlər.
Heyiflərini qədim torpaqlarımızda olan mədəni irsimizi, min illərlə yaşı olan tarixi abidələrimizi, əcdadlarımızın uyuduğu qəbiristanlıqları dağıtmaqla çıxmaq istəyirlər. Ermənilərin mədəni irsimizə təcavüzü, törətdikləri vandalizim nə birinci, nə də sonuncu deyil. Bu, erməni xislətindən gələn, onun mahiyyətindən doğan amildir. Dağıtmaq, sökmək, yandırmaq, məhv etmək erməninin canında, qanındadır. 30 ilə yaxın bir zaman ərzində işğal etdikləri ərazilərdə bir dənə də olsun salamat tikili, qəbiristanlıq, tarixi abidə qoymayan vandallara təəssüf ki, bu günə kimi ciddi irad tutan bir beynəlxalq təşkilatlara da rast gəlmədik. Dəfələrlə rəsmi Bakı Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılmasını təklif etsə də, bu beynəlxalq qurum müxtəlif bəhanələrlə, UNESCO-nun siyasi məsələlərə qatışmadığını bildirməklə bölgəyə monitorinq aparmaq üçün missiya göndərməkdən imtina edib. Əslində, təşkilat bu mövqeyi ilə ermənilərin siyasi iradəsinin əsirinə çevrilərək ölkəmizdə onlara olan inamı tamamilə itirmiş oldular. UNESCO rəhbərliyi yaxşı anlayır ki, əgər bölgəyə belə bir missiya göndərsələr, tarixi mədəni irsimizin ermənilər tərəfindən tamamilə məhv edilməsi baradə saysız-hesabsız faktlarla, erməni vandalizmi ilə rastlaşacaqlar. Acınacaqlı faktdır ki, cəzasızlığı görən, UNESCO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Bu prosses ermənilərin sentyabrın ortalarında sərhədlərimizdə törətdikləri genişmiqyaslı təxribatdan və bu təxribatın nəticəsində aldığı sarsıdıcı cavabdan sonra daha da sürətlənib. Ermənilərin tarixi abidələrimizi vandalcasına məhv etməkdə məqsədləri qədim torpaqlarımızdan izimizi silmək cəhddir. Nə qədər ki, beynəlxalq təşkilatlar törədilən vəhşiliklərə göz yumacaq, nə qədər ki, UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumacaq, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı bir o qədər də artacaq.
Baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin bir daha aktual olduğunu təsdiq edir.
Azərbaycan Ordusuna məğlub olan Ermənistan gec-tez anlamalıdır ki, tarixi abidələrimizi dağıdıb məhv etdikləri üçün də cavab verəcəkləri gün uzaqda deyil. Bunun hökmən sabah olacağı qətiyyən şübhə doğurmur.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 18 oktyabr.- S.10.