R.S.Mustafayevin Azərbaycan
Respublikasının Fransa
Respublikasında, eyni zamanda
Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2022-ci il
Azərbaycan.-2022.- 18 oktyabr.- S.2.