L.Y.Abdullayevanın Azərbaycan
Respublikasının Fransa Respublikasında
fövqəladə və səlahiyyətli səfiri təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2022-ci il
Azərbaycan.-2022.- 18 oktyabr.- S.2.