F.İ.Qurbanovun Azərbaycan
Respublikasının Xorvatiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Fəxrəddin
İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 oktyabr
2022-ci il
Azərbaycan.-2022.- 19 oktyabr.- S.2.