A.L.İmanovun Azərbaycan
Respublikasının Vyetnam Sosialist
Respublikasında, eyni zamanda
Kamboca Krallığında və Laos Xalq Demokratik
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2022-ci il
Azərbaycan.-2022.- 19 oktyabr.- S.2.