O.S.Qurbanovun
Azərbaycan Respublikasının Mərakeş
Krallığında, eyni zamanda
Mavritaniya İslam
Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya
Respublikasında, Tunis Respublikasında
fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan
Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ICESCO) yanında daimi nümayəndəsi
vəzifələrindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2022-ci il
Azərbaycan.-2022.- 19 oktyabr.- S.2.