Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpotekaKredit Zəmanət Fondunun  Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (I kitab), maddə 2328; 2018, ¹ 5, maddə 897, ¹ 8, maddə 1690; 2019, ¹ 1, maddə 60, ¹ 3, maddələr 411, 416, ¹ 6, maddə 1014, ¹ 12, maddə 1923; 2021, ¹ 5, maddə 434; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 avqust tarixli 1831 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpotekaKredit Zəmanət Fondunun Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1.    2.2.6-cı yarımbəndə "istiqrazlar" sözündən əvvəl "fəaliyyətinin təmin edilməsi məqsədilə" sözləri əlavə edilsin;

1.2.    6.2-ci bənddə "798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)" sözləri "893 000 000 (səkkiz yüz doxsan üç milyon)" sözləri ilə əvəz edilsin;

1.3.    6.5-ci bənd ləğv edilsin.

2. Bu Fərmanın 1.2-ci bəndinin icrası "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.11.6.6.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpotekaKredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

4. Fond bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2022-ci il

Azərbaycan.-2022.- 19 oktyabr.- S.2.