Azərbaycanın UNESCO
İcraiyyə Şurasının sessiyasında təqdim etdiyi qərar layihəsi yekdilliklə qəbul
olunub
UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında Azərbaycan yeni uğura imza atıb. Ölkəmizin təklifləri yekdilliklə qəbul olunub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın UNESCO-nun 215-ci
sessiyasının gündəliyinə təklif etdiyi "Fit
For Life” təşəbbüsünün həyata
keçirilməsi və Fiziki Təhsil və İdman üzrə
Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin
7-ci Beynəlxalq Konfransı (MINEPS VII)" başlıqlı
qərar layihəsi yekdilliklə qəbul edilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 61 ölkənin sponsorluğu ilə Azərbaycan tərəfindən təqdim olunan qərar layihəsi haqqında danışaraq, 2023-cü ilin martında Bakının Fiziki Təhsil və İdman üzrə Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin 7-ci Beynəlxalq Konfransına ev sahibliyi edəcəyini xatırladıb. Bildirib ki, Azərbaycan UNESCO-nun "Fit For Life" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir.
Qərar layihəsinin əsas məqsədi dünyada gənclərin rifahını
artırmaq üçün inklüziv və inteqrasiya
edilmiş yol xəritəsi
hazırlamaq, idmanda səfərbərliyi
gücləndirməkdir.
Azərbaycan.-2022.- 19 oktyabr.- S.8.