Şükürbəyli–Cəbrayıl–Hadrut
avtomobil yolunun Şükürbəyli–Cəbrayıl hissəsi
istifadəyə verilib
İlham
Əliyev Qarabağı və Şərqi Zəngəzuru
sürətlə dirçəldir
Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov dövlətimizin
başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut
avtomobil yolunun texniki göstəriciləri və görülən
işlər barədə məlumat verdi.
Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.
Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.
Qeyd edək ki,
bu yol Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli
Sərəncamı ilə təsdiq olunmuş
işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması və bərpası layihəsi çərçivəsində
inşa olunub.
Azərbaycan.-2022.- 20 oktyabr.- S.2.