Qubadlıda 35 kilovoltluq
yarımstansiyanın və Rəqəmsal İdarəetmə
Mərkəzinin təməli qoyulub
İlham
Əliyev Qarabağı və Şərqi Zəngəzuru
sürətlə dirçəldir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
yarımstansiya və idarəetmə mərkəzinin təməlini
qoydu.
Qeyd
edək ki, Qubadlı şəhərində inşa ediləcək
Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10
kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz
Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının
bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə
tutulan digər güc mərkəzlərinin rəqəmsal
platforma üzərindən idarə edilməsini həyata
keçirməyə imkan verəcək. Rəqəmsal
İdarəetmə Mərkəzində müasir dispetçer
idarəetmə sistemi və rəqəmsal şəbəkə
modeli tətbiq ediləcək.
“Qubadlı
şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal
İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər”
35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri
qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi
təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı
şəhər” və “Cəbrayıl şəhər” 35/0,4
kilovoltluq yarımstansiyaları arasında nəzərdə
tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi
ilə Qubadlı və Cəbrayıl şəhərlərinin
qarşılıqlı enerji mübadiləsi təmin olunacaq.
Qubadlı
Rəqəmsal İdarəetmə Mərkəzində
“Yaşıl Enerji” mənbələrinin qurulması nəzərdə
tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm
mərkəzləşdirilmiş, həm də müstəqil
funksional rejimlərdə işləmək imkanına malik
olacaq.
Azərbaycan.-2022.- 20 oktyabr.- S.3.