Erməni vandalizmi hələ davam edir

 

 

Bu dəfə barbarlar Basarkeçər ərazisindəki qəbiristanlığı hədəf götürərək azərbaycanlılara məxsus izləri tarixdən silməyə cəhd etdilər

 

 

Özlərini dünyaya "nəcib" xalq kimi sırımağa çalışan erməni vandallarının bu uydurmaları növbəti dəfə ifşa olundu. Bu günlərdə erməni barbarlarının azərbaycanlılara məxsus qəbiristanlığı vəhşicəsinə dağıtmasının görüntülərinin yayılması ilə hər kəs bu qondarma "nəcib xalq"ın əsl üzünü, iyrənc simasını bir daha görüb tanımış oldu.

Yayılan görüntülərdə məkan haqda dəqiq məlumat olmasa da, teleqram kanallarda bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğu bildirilir.

Lakin hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, burada əsas məsələ erməni vandallarının azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşiliyinin, hər zaman əl atdıqları çirkin əməllərinin azərbaycanlılara məxsus izləri vandalizm yolu ilə tarixdən silmək cəhdlərinin ortada olmasıdır.

 

 

 

300 məsciddən yalnız biri qismən salamat qalıb

 

 

 

"Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq..."

Bəli, Prezident İlham Əliyevin hər zaman müsahibələrində vurğuladığı kimi, erməni vandallarının "nəcib xalq" olma iddiaları ilə vəhşi əməlləri qətiyyən uyğun gəlmir. Fakt budur ki, onların bu çirkin əməlləri 44 günlük Vətən müharibəsindən sonra tam çılpaqlığı ilə gözlər önünə sərilib.

Bu gün Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfər edən beynəlxalq ictimaiyyət, KİV nümayəndələri, ümumiyyətlə, hər bir insan Ermənistanın 30 il ərzində bu ərazilərdə törətdikləri vandallıqlardan dəhşətə gəlir, şoka düşür sözün əsl mənasında, bu vəhşiliyi ifadə etməyə söz tapmırlar. Onlar işğaldan azad edilən torpaqlarımıza etdikləri səfərlər sayəsində insanlığın qənimi, mədəniyyətin düşməni olan erməni qaniçənlərini, vəhşilərini yaxından tanıyırlar. İllərdir Azərbaycan xalqının necə faşist, goreşən düşmənlə mübarizə apardığının şahidi olurlar.

Tarixən xalqımıza qarşı etnik təmizləmə həyata keçirən faşist-xislətli ermənilər bununla paralel olaraq dini, mədəni irsimizin Yer üzündən silinmsi istiqamətində aparıblar. Məsələn, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bu məscidin tamamilə dağılmaqdan qurtulmasının əsl səbəbi isə beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq kimi məkrli niyyət olub.

Ermənistan işğal dövründə Qarabağda Şərqi Zəngəzurda da eyni dəhşətli cinayətlər törədib. Onlar bu illər ərzində Azərbaycan torpaqlarındakı yer adlarını, toponimləri dəyişdirib, uydurma adlar qoyub özününküləşdirməyə çalışıblar. Xüsusilə bunu Azərbaycan ərazisindəki Qafqaz Alban irsinə tətbiq ediblər. Tariximizə iddia edə bilmədikləri məqamlarda isə maddi irsimizi vəhşicəsinə dağıdıblar. Xüsusilə İslam dininə aid abidələrimiz bu barbarlığın hədəfinə çevrilib.

 

 

 

Erməni vandallığı rəqəmlərdə

 

 

 

1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınıb. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli, 455-i isə yerli əhəmiyyətli olmaqla, ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilib.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub mədəniyyət evi, 85 musiqi rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dağıdılaraq vandalizmin qurbanına çevrilib.

İşğal dövründə əzəli torpaqlarımızdakı İslam mədəniyyətinə aid olan bütün məscidlər abidələr dağıdılıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.

Ermənistanın azərbaycanlıların tarixi, dini, mədəni irsinə qarşı törətdyi vandallıqlar ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında da yer alıb. Sənəddə göstərilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidə, o cümlədən regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidləri, ziyarətgahları talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb ya tamamilə dağıdılıb. O da qeyd olunub ki, dünyaşöhrətli peşəkar fotojurnalist Rza Deqqəti Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər Cəbrayıl rayonlarında onlarca azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılmasını lentə alaraq sənədləşdirib. Qəbirlər təhqir edilib, bəzi hallarda qəbirləri qarət etmək üçün çuxurlar qazılıb, digər yerlərdə isə ağır tikinti texnikasından istifadə edərək qəbirlərin dağıdılıb qarət edilməsinə dair sübutlar toplanıb. Bir çox qəbirlərin başdaşıları dağıdılıb. Bundan əlavə, azərbaycanlıların cəsədlərinin qalıqları təhqir edilib, qızıl dişləri çıxarılıb, sümükləri isə ərazilərdə səpələnib ya bəzi hallarda tamamilə dağıdılıb.

 

 

 

Dünya 30 il ərzində bu cinayət əməllərinə səssiz qaldı

 

 

 

Azərbaycan hər zaman beynəlxalq tribunalardan dünyaya ermənilərin tarixi irsimizə qarşı törətdikləri vandalizm aktlarını çatdırıb. 2020-ci ilin 23 dekabrında Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı Zəngilan rayonlarında olarkən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı ki, bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb: "Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib..."

Lakin erməni vandallarının tarixi abidələrimizə qarşı törətdikləri vəhşilikləri faktlarla nümayiş etdirsək , bir çox ölkələr, beynəlxalq təşkilatlar 30 il ərzində bu cinayətlərə göz yumdular.

Ermənilərin Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığını dağıtması ilə bağlı yayılan son görüntülər onların barbarlıqlarına daha bir nümunədir. Həm baş verən bu vandallıq rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha təsdiqləyir.

Bu təəssüfləndirici reallığı da vurğulayaq ki, UNESCO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqını yüzilliklərboyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı da artır.

Artıq erməni vandallarının tarixi irsimizə qarşı apardığı bu soyqırımı aktlarına dur deməyin cinayətkarların məhkəmə qarşısında layiqli cəza almalarını təmin etməyin zamanıdır.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 20 oktyabr.- S.12.