Fransa yeni inqilab astanasındadır

 

Avropa ölkələrində tətillərin miqyası genişlənir

 

Fransada vəziyyət getdikcə daha da dramatikləşir. Ölkədə maaşların artırılması əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən ümummilli tətil genişlənir. Bunun fonunda neftçilərin tətili davam edir bu səbəbdən yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

 Ən böyük həmkarlar ittifaqları federasiyası CGT tərəfindən təşkil edilən etiraz aksiyaları tədricən bütün sahələri  - ictimai nəqliyyatdan tutmuş təhsil, səhiyyə, gənclər təşkilatlarlarını hətta AES sektorunu əhatə edir.

Politoloqların dediyinə görə, yaranmış vəziyyət bu ilin mayında yenidən prezident secilmiş Emmanuel Makron üçün son illərin ən mürəkkəb hadisələrindəndir.

Son məlumata əsasən, bir həftə əvvəl həmkarlar ittifaqlarına 7 faiz artım təklif edildikdən sonra hökumət minimum əmək-haqqının növbəti artımı ilə bağlı danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, aksiyanın təşkilatçısı - Ümumi Əmək Konfederasiyası istisna olmaqla, digər həmkarlar ittifaqı federasiyaları hökümətin təklifinə ilkin razılıq vermişdilər. Lakin tətillər başladıqdan sonra Fransanın iqtisadiyyat naziri Brüno Le Mer bildirib ki, hökumət üçün həmkarlar ittifaqları ilə danışıqların vaxtı keçib.

Fransızların uzun müddətdir hazırlaşdıqları ümumi tətili nəqliyyat, energetika kommunal sektorlardakı həmkarlar ittifaqları assosiasiyaları təşkil edir. Nəqliyyat sektorunda dəmiryol işçiləri tətil edirlər, bir gün əvvəl isə qatar mexanikləri aksiyada iştirak ediblər. "France 24" telekanalı xəbər verir ki, Parisin ən iri Lion vağzalı səhər saatlarında tam dolub. Taksilərə tələbatın artması digər ictimai nəqliyyatın azalması səbəbindən şəhərdə sıxlıq müşahidə olunur.

Təhsil Nazirliyi ölkədəki müəllimlərin təxminən 10 faizinin işə gəlmədiyini bildirib. Nəqliyyatçılar arasında isə bu rəqəmin 16 faiz təşkil etdiyi bildirilir.

Enerji sektorunda Milli Enerji Mədən Federasiyası (FNME-CGT) işçiləri tətilə çağırır. Atom Elektrik Stansiyası işçilərinin həmkarlar ittifaqının nümayəndəsi "Röyter" Agentliyinə bildirib ki, tətil ölkədəki 56 nüvə reaktorundan 20-nə təsir edib. Nəticədə 17 AES qış dövrünə qədər təmir istismara vermə qrafikini dəyişməli olub.

 

 

 

Hakimiyyət insanları həbs cərimə ilə hədələyir

 

 

 

Hakimiyyət təmsilçisi Olivye Veran öz növbəsində yanacaqdoldurma məntəqəsi böhranını mümkün qədər tez bitirmək məqsədilə neft emalı zavodunun işçilərini həbs ya cərimə təhlükəsi altında işlətmək üçün hökumətin "rekvizisiya" siyasətini davam etdirəcəyini bildirib. O, "France 2" telekanalının əməkdaşına deyib ki, sərt tələblər lazım olduğu qədər uzun sürəcək. Əməkhaqqı ilə bağlı razılığa gəldikdən sonra neft emalı zavodlarını bloklamaq normal hal deyil.

Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası  ictimai xidmətlər sektorunda çalışan üzvlərini tətilə çağırıb. Bələdiyyələrin bəzi əməkdaşları işə gəlməyiblər. Yaxın günlərdə həmkarlar ittifaqı tətilə başqa sahələrlə yanaşı, ərzaq mağazalarının işcilərini cəlb edəcəklərinə ümid bəsləyir.

 

 

 

Avropanın üzərində "qara buludlar" cəmləşir

 

 

 

Tətillər dalğası Avropanın digər ölkələrini bürüyüb. Belə ki, Almaniyanın məşhur aviadaşıyıcısı "Lufthanza"nın törəmə şirkəti olan "Eurowings" şirkətinin pilotlarının tətili  120-dən çox reysin təxirə salınmasına səbəb olub. Bu barədə yerli DPA Agentliyi bir sıra hava limanlarının operatorlarına istinadən məlumat yayıb.

Tətil ən çox Almaniya ərazisindəki hava limanlarına təsir edib. Düsseldorfda planlaşdırılan 160 reysdən 84-ü, Köln Bonn hava limanlarında 63 reysdən 35-i ləğv edilib. Dünən daha 100-ə yaxın reys ləğv olunub.

Bundan əvvəl pilotların göyərtə bələdçilərinin birliyi "Vereinigung Cockpit" üzvlərini üçgünlük tətilə çağırıb. Assosiasiya istirahət vaxtlarını artırmaqla işçilərin şəraitini yaxşılaşdırmağa çalışır.

Eyni zamanda çətin iqtisadi vəziyyətə görə etiraz dalğası bir çox Avropa ölkələrini əhatə edib. İtaliya, Belçika İspaniyada etiraz aksiyaları, demək olar ki, hər həftə sonu keçirilir. Böyük Britaniyada elektrik enerjisinin bahalığına görə məşhur yeməkxanalar ən azı qış üçün bağlanır. Tariflər qalxmasa, onlar yazda yenidən fəaliyyətə başlamağı planlaşdırırlar.

Belçikanın şəhərlərində Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü çərçivəsində yoxsulluğa qarşı kütləvi nümayişlər keçirilib. Nümayişçilər əlverişli mənzil hüququ tələb edib, hökumətin ifrat liberal siyasətini Valloniyada minlərlə işsiz insana inteqrasiya müavinətlərinin istisna edilməsini pisləyiblər.

 Etiraz aksiyaları təşkilatçılarının fikrincə, yoxsulluq, üst-üstə düşən böhranlar əhalinin yeni-yeni qruplarını çənginə alır.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 20 oktyabr.- S.15.