Baş nazirin müavini Şahin Mustafayev
İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının
sədri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev oktyabrın 20-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə cari ildə diplomatik əlaqələrin
qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla
İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla
vurğulanıb.
Oktyabrın
13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin
6-cı Zirvə Toplantısı çərçivəsində
Azərbaycan və İran prezidentləri arasında
keçirilmiş görüş bunun təzahürü kimi
qiymətləndirilib.
İki
ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit,
energetika, mədəniyyət, ətraf mühit və digər
sahələrdə dostluq və qonşuluq münasibətlərinin
uğurla inkişaf etdiyi qeyd olunub.
Eyni
zamanda, bölgədə nəqliyyat kommunikasiyalarının
açılmasının əməkdaşlıq
üçün geniş imkanlar yaratdığı bildirilib.
Bakıda
keçirilən “Xəzər dənizinin ətraf mühitinin
mühafizəsi üzrə Çərçivə
Konvensiyası”nın Tərəflər Konfransının
6-cı iclasının əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Azərbaycanın milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ölkəmiz tərəfindən ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Eyni zamanda,
Araz çayının Ermənistan tərəfindən
çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin
mühafizəsi üçün birgə
səylərin zəruriliyi diqqətə
çatdırılıb.
Azərbaycan.-2022.- 21 oktyabr.- S.7.