Daşkənddə xüsusi xidmət orqanları rəhbərlərinin
iştirakı ilə beynəlxalq konfrans keçirilib
Oktyabrın 19-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.
DTX-dən
Ordu.az-a verilən məlumata görə, tədbirdə
iştirakçı dövlətlərin xüsusi xidmət
orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizliyin
möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın
təmin olunması, həmçinin regional və qlobal təhlükəsizliyə
yönəlmiş təhdidlərin qarşısının
alınması, terrorçuluq və onun təzahürləri
ilə, eləcə də sabitliyə mənfi təsir
göstərən digər amillərlə mübarizədə
göstərilən birgə səylər barədə fikir
mübadiləsi aparıblar.
General-polkovnik
Əli Nağıyev çıxışında
Əfqanıstanda uzun illərdir hökm sürən mürəkkəb
vəziyyətlə əlaqədar respublikamız tərəfindən
bu ölkəyə mütəmadi olaraq göstərilən
texniki və humanitar yardımlardan söz açıb,
dövlətlərin bir-birilərinin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləməsinin
vacibliyindən danışıb.
Xidmət
rəisi bildirmişdir ki, Əfqanıstan uzun zaman ərzində
terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət
məkanı olmuş, hazırda yerli hökumət tərəfindən
belə halların qarşısının alınması
istiqamətində müəyyən tədbirlərin
görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin
fəaliyyətinin hələ də müşahidə
olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar
olmasına mane olur, Orta Asiyada yerləşən ölkələrlə
yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə
ciddi təhdidlər yaradır.
Əli
Nağıyev çıxışının sonunda Azərbaycanın
Əfqanıstanda təhlükəsizliyin və əmin-amanlığın
təminatı üçün göstərdiyi səylərin
bundan sonra da davam etdiriləcəyini söyləyib, belə
bir konfransın keçirilməsinin regionda və
Əfqanıstanda sülh və sabitliyə önəmli
töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycan.-2022.- 21 oktyabr.- S.7.