Azərbaycan Respublikası Prezidentinin "Rəqəmsal transformasiya
sahəsində idarəetmənin təkmilləşdirilməsi
haqqında" 2021-ci il 27 aprel
tarixli 1325 nömrəli və "Azərbaycan
Respublikasında rəqəmsallaşma, innovasiya,
yüksək texnologiyalar və rabitə
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 4, maddə 330) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, 1-ci hissədə, 2.1-ci və 3.1-ci bəndlərdə "transformasiya" sözü "inkişaf" sözü ilə əvəz edilsin;
1.2. preambulada (hər üç halda) "transformasiya" sözü "inkişaf" sözü ilə, "transformasiyası" sözü "inkişafı" sözü ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 10, maddə 1108) 3.2-ci bəndində "transformasiya" sözü "inkişaf" sözü ilə, "elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini" sözləri "innovasiya fəaliyyətini" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 22 oktyabr.- S.2.