YAP-ın yaranmasının 30 illik yubileyi münasibətilə Yasamalda silsilə tədbirlər davam edir

 

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatıH.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

H.Cavid pr.33A” (Bakı Metropoliteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov bildirib ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub partiyamız bu 30 ildə ardıcıl məqsədyönlü şəkildə bu hədəflərə çatıb. Vurğulanıb ki, Prezident, Partiyanın Sədri İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə isə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb ən çətin, ancaq həm ən ali məqsədini reallaşdırıb.

H.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rəhilə Ramazanova, ərazi partiya təşkilatının nümayəndələri Samir Əhmədov Şaiq Heydərov çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini, qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyiblər.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal gənc isə fəxri fərmanlarla təltif edilib.

 

Azərbaycan.- 2022.- 22 oktyabr.- S.3.