Erməni faşizminin bitməyən cinayətləri

 

Qatillərin qanlı əməlləri bu dəfə Ərəkül kəndində üzə çıxdı

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq zəfər həm də Ermənistanın Birinci Qarabağ  müharibəsi zamanı xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir-bir gün üzünə çıxarır.

Vətən müharibəsinin üzərindən ötən iki ildə işğaldan azad edilən əksər ərazilərimizdə qatil ermənilər tərəfindən vəhşicəsinə öldürülərək kütləvi şəkildə basdırılan vətəndaşlarımızın məzarlıqları tapılıb.

Düşmənin qandonduran əməllərinin daha bir izinə isə bu günlərdə Xocavənd rayonunun Ərəkül kəndində rast gəlindi. Kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan işçilər orada insan skeletinin hissələrinə bənzər sümüklər aşkarladılar.

 

Xəstə ideologiyanın qanlı izi

 

"Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi xəstə ideologiya ilə yaşayan erməni quldurları XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı qətliamlara rəvac veriblər. Son iki əsrlik zamanın müxtəlif dönəmlərində Azərbaycanın bütün bölgələrində qırğınlar törədərək on minlərlə vətəndaşımızı amansızcasına qətlə yetiriblər, soyqırımına məruz qoyublar.

Birinci Qarabağ müharibəsi dövründə də Ermənistan beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq saysız-hesabsız müharibə cinayətləri törədib. Mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. Həmin dövrdə Ermənistan Ballıqaya, Qaradağlı, Ağdaban kimi faciələr törədib. 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı soyqırımı həyata keçirib. Bu qırğın nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. Həmin gün 1275 xocalı sakini girov götürülüb və erməni cəlladları tərəfindən amansız işgəncələrə məruz qalıblar.

Birinci Qarabağ müharibəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. Ötən 30 il ərzində Azərbaycan itkin düşən vətəndaşlarının aqibətinin aydınlaşdırılması istiqamətində bütün beynəlxalq platformalarda məsələ qaldırsa da, Ermənistan tərəfi həmin soydaşlarımızın taleyinə heç bir aydınlıq gətirməyib.

 

Dünya da Ermənistanın hərbi cinayətlərinə göz yumur

 

Təəssüf ki, dünya da Ermənistanın hərbi cinayətlərini görməzdən gəlib və bununla bağlı ona heç bir təzyiq göstərməyib, Azərbaycan vətəndaşlarının taleyinə laqeyd münasibət sərgiləyib.

Amma beynəlxalq aləmin erməni faşizminə cidd-cəhdlə göz yummasına, ört-basdır etməsinə baxmayaraq, İlahi ədalət bu cəlladların qanlı əməllərinin haqq-hesabını verməkdən yayınmalarına icazə vermədi. Əlləri günahsız insanların qanına batmış qatillərin layiqli cəzalarını alması üçün tarixi anı yetişdirdi.

Qəhrəman Azərbaycan oğulları 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürən Vətən müharibəsində iki əsrdir ki, xalqımızın qanına susamış erməni vandallarının layiqli cəzasını kəsdilər. Xain, namərd, hədəfi yalnız mülki əhali olan qorxaq düşməni hərb meydanında məhv etdilər. Erməni qatillərinin qurbanına çevrilən günahsız insanlarımızın qanını yerdə qoymadılar. 

Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra faşist xislətli ermənilərin azərbaycanlılara qarşı törətdikləri neçə-neçə qətliamlar da üzə çıxdı. Kəlbəcərin Başlıbel, Xocalının Fərrux, Xocavəndin Edilli, Ərəkül kəndlərinin ərazisində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında kütləvi məzarlıqlar aşkarlandı.  

 

İşğaldan azad edilən ərazilərimizdə xeyli kütləvi məzarlıqlar aşkarlanıb

 

Ermənistanın törətdiyi hərbi cinayətlərdən birinin, 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində törətdikləri qətliamın üzəri 2021-ci ilin 24 aprelində açılıb. Sözügedən tarixdə Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.

Bu ilin fevral ayında isə Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlıq aşkar edilib. İlkin məlumatlara görə, Edilli kəndindəki kütləvi məzarlıqda 15-20 nəfərin qalıqları var. Məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyevi 1993-cü il avqustun 28-də ermənilər girov götürüb. O, 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən və yaralanan Azərbaycan hərbçilərinin KamAZ markalı maşınla daşınıb gətirildiyinin, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünün şahidi olub.

Araşdırmalar zamanı məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənddə və Şuşa şəhərinin ətrafında da belə məzarlıqlar mövcuddur.

 

Onlara dəhşətli işgəncələr verilib

 

Martın sonlarında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən Xocalı rayonunun Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri aparılarkən ermənilərin törətdiyi daha bir vandallıq aktı üzə çıxıb. Belə ki, onlar qazıntı apardıqları ərazidə insan skeletləri aşkar ediblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktla bağlı bildirib ki, Fərrux yüksəkliyi uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Eyni zamanda bu qurumda toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu Pirlər kəndindən 46 nəfər, Ağdam rayonu Əliağalı kəndindən 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Bu il sentyabr ayında Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Edillidə hərbçi olduğu ehtimal olunan 12 nəfərin məftil və kəndirlə bağlanmış, həmçinin işgəncə əlamətləri aşkarlanan qalıqları tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi EkspertizaPatoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsindən bildirilib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraqulduz təsvirləri qeyd olunub.

Oktyabrın 17-də Xocavənd rayonunun daha bir kəndində, Ərəküldə  insan skeletinin hissələrinə bənzər sümüklər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub.

 

Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməkdən yayınır

 

44 günlük müharibədən sonra Azərbaycanın Ermənistana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Ermənistan isə hələ də bu tələbləri yerinə yetirməkdən boyun qaçırır, bununla da törətdiyi insanlıqdan uzaq əməllərini gizlətməyə cəhd edir, amma mənasız yerə. 

Çünki Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi müharibə cinayətləri hər ötən gün üzə çıxır. İşğaldan azad edilən ərazilərimiz ermənilərin törətdiyi daha bir müharibə cinayətini, minalardan təmizləndikcə, qatillərin qara torpaq altında gizlətməyə çalışdıqları qanlı əməlləri də aşkar olur.

dünya da illərdir inadla görməzdən gəlməyə çalışdığı erməni faşizmini inkarolunmaz faktlarla görürbunu etiraf etmək məcburiyyətində qalır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 22 oktyabr.- S.10.