Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO kursunda iştirak ediblər

 

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində hərbi münaqişələr zonasında beynəlxalq hərbi müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.

Beynəlxalq hərbi müşahidəçilər kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb edilib.

 

Azərbaycan.- 2022.- 23 oktyabr.- S.2.