QDİƏT Parlament
Assambleyasının komitə iclasında
Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər
üzrə komitəsinin
videokonfrans formatında
60-cı iclası keçirilib.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
komitə iclasında
QDİƏT Parlament Assambleyasında
nümayəndə heyətimizin
rəhbəri, qurumun sədr müavini, Milli Məclisin Hesablayıcı Komissiyasının
sədri Eldar Quliyev, nümayəndə
heyətinin üzvləri
- Milli Məclisin İntizam komissiyasının
sədri Eldar İbrahimov və deputat Jalə Əhmədova iştirak ediblər.
Komitədə, əvvəlcə, iclasın
gündəliyi və
59-cu iclasın protokolu
təsdiq edilib.
Sonra tədbirdə “QDİƏT-ə üzv ölkələrdə xarici investisiyaların cəlb edilməsinin təşviqində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
İclasda
iştirak edən QDİƏT Parlament Assambleyasının baş
katibi Asəf Hacıyev komitənin
növbəti iclasının tarixi, yeri və gündəliyi barədə məlumat
verib. O, bildirib ki, növbəti iclas
“QDİƏT-ə üzv ölkələrdə
iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində
parlamentlərin rolu” mövzusuna
həsr olunacaq.
Azərbaycan.- 2022.- 26 sentyabr.- S.2.