Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki
sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə
dair fikir mübadiləsi
aparılıb
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2022.-26 oktyabr.- S.4.