"Azərbaycan Respublikası
Hökuməti ilə İsveçrə Federal
Şurası arasında diplomatik nümayəndəliklərin,
konsulluqların və daimi nümayəndəliklərin
üzvlərini müşayiət edən şəxslər tərəfindən
haqqı ödənilən əmək fəaliyyətinin həyata
keçirilməsi haqqında" Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında" 2022-ci il iyunun 3-də Bern şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 27 oktyabr.- S.3.