R.M.Rüstəmovun "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 27 oktyabr.- S.3.