Daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi ilə bağlı əlavə
tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq hazırlanması və yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015,
¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427,
¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə 7, ¹ 8, maddə 1039, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr 16, 36, ¹ 6 (I kitab), maddə 567, ¹ 8 maddə 919, ¹ 11, maddə 1211, ¹ 12, maddə 1367; 2022, ¹ 1, maddə 29, ¹ 4, maddələr 302, 323, ¹ 5, maddə 475, ¹ 6, maddə 594; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1814 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.17-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"4.11.17. yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 28 oktyabr.- S.2.