"Azərbaycan Respublikasında ünvan
reyestrinin aparılması və
daşınmaz əmlak obyektlərinə ünvan
verilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 981; 2010, ¹ 7, maddə 610, ¹ 8, maddə 720; 2012, ¹ 2, maddə 79; 2014, ¹ 2, maddə 123; 2015,
¹ 9, maddə 1002; 2016, ¹ 6, maddə 1037; 2017, ¹ 10, maddə 1786) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində saxlanılan məlumatlardan yerli icra hakimiyyəti orqanlarına istifadə imkanlarının yaradılmasını təmin etsinlər.".
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.5-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə)" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)" sözləri ilə əvəz edilsin;
2.2. 3.3-cü, 3.8-ci, 4.1-ci bəndlərdə, 4.2-ci bəndin üçüncü abzasının birinci və ikinci cümlələrində ismin müvafiq hallarında "Komitə" sözü ismin müvafiq hallarında "Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
2.3. 4.4-cü və 5.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.4. Yeni nəqliyyat infrastrukturu obyektinin və ya adsız nəqliyyat infrastrukturu obyektinin adlandırılması barədə Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəqliyyat infrastrukturu obyektini adlandırır və 3 (üç) iş günü müddətində Dövlət Xidmətini bu barədə məlumatlandırır.";
"5.1. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə münasibətdə ünvan reyestrinə daxil edilmiş ünvanın rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələr (bundan sonra - ünvan lövhələri) yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektləri istisna olmaqla, ünvan lövhələri tikinti obyektinin mülkiyyətçisinin (tikilməkdə olan tikinti obyektlərinə münasibətdə, həmçinin sifarişçisinin) və ya onun nümayəndəsinin müraciəti əsasında mülkiyyətçinin (sifarişçinin) vəsaiti hesabına həmin müraciətlə bağlı xidmət haqqı ödənildiyi gündən sonra 10 (on) iş günü müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir.";
2.4. aşağıdakı məzmunda 5.3 - 5.5-ci bəndlər əlavə edilsin:
"5.3. Daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirir, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verirlər.
5.4. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab edilir. Ünvan lövhələrinin qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
5.5. Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyirlər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 28 oktyabr.- S.2.