Azərbaycanın RMT-nin ixtisaslaşmış təşkilqtlarına verdiyi könüllü humatitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirildi    

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müaviniBMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəflərə nail olacağına əminlik ifadə edildibu istiqamətdə əldə olunan nailiyyətlər xüsusi vurğulandı. Ölkəmizin BMT-nin Cenevrə bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığı qeyd olundu. Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulandı. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Hərəkatın 80-dən çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirildi.

Tatyana Valovaya BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxundu. Bildirildi ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edirilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.

 

Azərbaycan.- 2022.-28 oktyabr.- S.1-2.