Moskvada MDB ölkələrinin xüsusi
xidmət orqanları rəhbərlərinin iclası keçirilib
Oktyabrın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər, bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən sabitliyə təsirləri, həmçinin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, eləcə də destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə müvafiq sənədlər imzalanıb.
İclas çərçivəsində
Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin tədbir
iştirakçıları ilə videoformatda
keçirilmiş görüşündə
Rusiya dövlət başçısı
çıxış edərək dünyada
geosiyasi gərginliklərin gündən-günə
artdığını, bu vəziyyətin
Birlik ölkələrinin təhlükəsizliyinə
təsirsiz ötüşmədiyini
vurğulayıb, regional təhlükəsizliyi
ciddi risk altına alan hallara effektiv
və operativ reaksiya
göstərilməsi üçün xüsusi xidmət orqanlarının işgüzar təmaslarının daha sıx təşkil olunmasının
vacibliyinə toxunaraq, bu
orqanlara gələcək fəaliyyətlərində
uğurlar
arzulayıb.
Azərbaycan.- 2022.- 28 oktyabr.- S.4.