Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

 

Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib.

AZƏRTAC Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin qurumun gələcək fəaliyyət planı müzakirə olunub. Eyni zamanda, iclasda digər təşkilati məsələlər də nəzərdən keçirilib.

Azərbaycan parlamentinin sədri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

 

Azərbaycan.- 2022.- 28 oktyabr.- S.3.