ADA UniversitetindəNizami Gəncəvi: şair müdrik. Dəyərlər müdrikliyə aparan yolmövzusunda müzakirələr aparılıb

 

Oktyabrın 27-də ADA UniversitetindəNizami Gəncəvi: şair müdrik. Dəyərlər müdrikliyə aparan yoladlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ADA Universiteti, İnkişaf Diplomatiya İnstitutu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sabiq dövlət hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib.

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin çıxış edərək görkəmli şair mütəfəkkir Nizami Gəncəvinin irsindən danışıb. Bildirib ki, Nizami Gəncəvi irsi qlobal səviyyədə tanınıb qəbul edilib. Həmçinin bu irs bu günədək aktualdır. Nizami Gəncəvi öz yaradıcılığında elə bəşəri dəyərlərə toxunub ki, bu gün həmin dəyərlər daha vacib əhəmiyyətə malikdir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır bu gün dünyanın üzləşdiyi müxtəlif təhlükələrdən çətinliklərdən söz açıb. O, eyni zamanda, COVID-19 onun ağır nəticələrini xüsusi vurğulayıb. Rusiya-Ukrayna müharibəsindən söz açan Volkan Bozkır bildirib ki, onun nəticələri təkcə iki ölkəyə deyil, bütünlüklə planetə təsir edir. Bu gün dünyada ərzaq təhlükəsizliyi ciddi problemə çevrilib. Müxtəlif ölkələr ərzaq çatışmazlığı ilə üzləşirlər. Yüz illər əvvəl Nizami Gəncəvi öz yaradıcılığında bu problemlərin bəzilərinə toxunmuşdu. Nizami Gəncəvi yaradıcılığının fəlsəfəsi həm ondan ibarətdir ki, bəşəriyyət həmrəylik sayəsində böhranların öhdəsindən gələ bilər.

Tədbirdə, həmçinin ICESCO-nun sabiq prezidenti Əbdüləziz bin Osman əl-Tuveycri, Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili, Bosniya Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya da çıxış edərək bu il 10 illik yubileyini qeyd edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin şairin yaradıcılığının dünyada tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd edilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti beynəlxalq səviyyədə problem çağırışlara cavab tapmağa imkan verir.

Tədbirdə beynəlxalq əhəmiyyət daşıyan mövzular müzakirə edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2022.- 28 oktyabr.- S.3.