Prezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurludinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulandı. Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.1.