ABŞ dövlət katibinin köməkçisi Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti barədə məlumatlandırılıb 

 

Oktyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan-ABŞ əməkdaşlıq gündəliyindəki müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov regiondakı hazırkı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində ölkəmizin mövqeyini və təklifini, habelə rəsmi Bakı tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşü nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini diqqətə çatdırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülhsabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.2.