Azərbaycanın mövqeyi dəyişməzdir

 

İlham Əliyev sülh danışıqları prosesində milli maraqları müdafiə edən uğurlu diplomatiya yürüdür

 

 İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də, buna nail ola bilmir. Çünki bölgədə marağı olan güclər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Yəni dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə ilk olaraq yeni format - Brüssel sülh gündəliyi yaradılıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilibbununla da İlham Əliyev və Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Sonradan tərəflər arasında intensiv danışıqlar aparılıb.

 

Praqa görüşündə sülh prosesinə təkan verilib

 

Bu formatda tərəflər arasında Praqa görüşü də daxil olmaqla 5 görüş keçirilib və müəyyən razılaşmalar da əldə olunub. Məhz Praqada reallaşan son görüşü tərəflər üçlük yox, dördlük formatında keçirdilər. Özübu görüş Çexiyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı baş verdi.

Beş saatdan artıq keçirilən 2 görüş əvvəlkilərdən xüsusi ştrixləri ilə fərqləndi. İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmək məcburiyyətində qaldı.

Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Belə ki, Azərbaycan və Ermənistan  bir-birilərinin ərazi bütövlüyünüsuverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu həm də o deməkdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Azərbaycanın televiziya kanallarına müsahibəsində İlham Əliyev bildirdi ki, indiyədək  Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıblar. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib.

Praqada keçirilən dördtərəfli görüşdə  Azərbaycanın haqlı mövqeyi yenə də əsas müzakirə mövzusuna çevrildi və Ermənistanın növbəti dəfə İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi Azərbaycanın daha bir diplomatik uğuru oldu.

Bu görüşün rəsmi Bakının maraqlarına uyğun keçdiyi İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın göründü. Dövlət başçısı müsahibəsində  Aİ Şurasının prezidenti Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görüşlər zamanı tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını vurğuladı: "Dördtərəfli görüş Şarl MişelEmmanuel Makron tərəfindən təşkil edilmişdirbu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşünsülh müqaviləsinə çatmaq üçün önəmi olacaq".

Göründüyü kimi, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır. Həqiqətən də, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurlu oldu. O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü təşkil edib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edildi. Sözsüz ki, görüşlər nəticə etibarilə sülh prosesinə təkan veribsülh müqaviləsinin imzalanması imkanlarını xeyli artırıb.

 

Bütün danışıqlar Azərbaycanın üstünlüyü, diplomatik qələbəsi ilə yekunlaşır

 

Dünən  Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır və bunu üç ölkə liderinin Soçi görüşündə təsdiqləməyə hazırdır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları prosesi çərçivəsində iki görüş keçirilib. Ötən ilin yanvar ayında Moskvada, noyabr ayında isə Soçidə keçirilən görüşlərdə  Azərbaycanın maraqlarına uyğun qərarlar qəbul edilib.

Növbəti üçtərəfli görüşün isə gələn həftə, oktyabrın 31-də keçiriləcəyi bildirilir. Bu, tərəflər arasında Rusiyada keçirilən sayca 3-cü görüş olacaq. Təbii ki, bu görüşdə də 10 noyabr Bəyanatında nəzərdə tutulan öhdəliklərin icra vəziyyəti müzakirə ediləcək. Əlbəttə ki, bu prosesdə də Azərbaycanın məğlub Ermənistandan fərqli olaraq öhdəliyinə sadiq olduğu bir daha təsdiqlənəcək. Bəyanatdan sonra Azərbaycanın yalnız öz iqtisadi qüdrəti hesabına Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirdiyi layihələrin artıq demək olar yekunlaşmaq üzrə olması deyilənlərin sübutudur.

Bütün bunları əsas gətirərək söyləyə bilərik ki, növbəti Soçi görüşü də Azərbaycanın xeyrinə nəticələnəcək. Bütün görüşlərin nəticəsi onu göstərir ki, İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edirregionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Sülh danışıqlarının gündəmini müəyyənləşdirən İlham Əliyevin qətiyyətli diplomatiyası uğurlu nəticə verir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.1; 4.