Zaman keçdikcə zəfərimiz daha əzəmətli görünür

 

Etiraf etməyə məcburuq ki, bəşər tarixində beynəlxalq münasibətlər heç zaman belə dramatik bir səviyyədə gərginləşməmişdi. Artıq illərdir ki, məşhur politoloqlar, ekspertlər və bir sıra aparıcı beyin mərkəzləri müasir dövlətlərarası münasibətlərin üçüncü dünya müharibəsi səviyyəsinə yaxınlaşdığını bildirirlər. Planetin gah bir, gah da digər regionunda yeni cəbhələrin açılması və illərlə qanlı döyüşlərin davam etməsi həqiqətən də üçüncü minilliyin müharibələrlə nəfəs aldığını təsdiq edir.

Bitmək bilməyən "Ərəb baharı", münaqişələrin və müharibələrin zəncirində boğulan Qafqaz, alışdıqca dərinləşən və artıq nüvə müharibəsinin bir addımlığına dirənən Ukrayna-Rusiya savaşı onu təsdiq edir ki, alovlanan müharibələrin və toqquşan, maraqları kəsişən güclərin sayı artıqca ədavətə qoşulanların barışmaz ruhu həvəslə üçüncü dünya müharıbəsinin yallısını gedirlər. Gözümüzün önündə minillik tarixə malik dövlətlər dağılır, dünyada gedən vacib proseslərə təsir etmək gücünü itirərək acizmüti duruma düşürlər. Biz qəribə və təzadlı situasiyalarla üzləşirik. Baxın bir tərəfdə İraq kimi qədim tarixə və zəngin mədənyyətə malik olan nəhəng bir dövlət iflic vəziyyətinə düşərək qlobal proseslərdən təcrid olunur. Digər tərəfdə isə müstəqilliyini yeni elan edən Azərbaycan kimi ölkə İlham Əliyevin başçılığı altında 30 illik işğaldan sonra gözlənilmədən düşməni darmadağın edirQafqazda yeni güc mərkəzinə çevrilərək iqtisadi və hərbi müstəvidə ağlasığmaz islahatlara və qələbələrə imza atır. Bu bizi vadar edir ki, tarixdə səxsiyyətlərin şəksiz rolunu etiraf edək və İlham Əliyevin fenomenal lider olması ilə razılaşaq.

Əlbəttə, biz qan içində boğulan bir sıra ərəb dövlətlərinin amansızlıqla bütün dünyadan təcrid edildiyini gördük. Rusiya kimi nəhəng dövlətlə Ukraynanın çəkişmələrdə az qala nüvə müharibəsinin astanasına dirənməsi də gözlərimizin önündə baş verir. Eyni zamanda bütün münaqişələr sülhə yaxınlaşmır, əksinə, dünya ağlasığmaz dərəcədə qütbləşməkdədir və bu gün çökən, batan, məğlub edilən ölkələrin siyahısının əvvəlində Azərbaycanın da adı çəkilə bilərdi. Bizim buna "şans"ımız hamıdan çox idi. Çünki 30 illik müharibəyə təhrik edilən, ərazisinin 20 faizi işğal olunan ölkə böyük güclərin lal şahidliyi altında dağılmağa və itaətkar hala salınmağa yaxın idi. Özlərini bizə bəşəri demokratik dəyərlərin yaradıcısı kimi sırıyan dövlətlər onilliklər idi ki, məğlubiyyətimizi alqışlayacağı günü səbirsizliklə gözləyir, bizi buna təhrik etməkdən əl götürmürdülər. Bu yerdə Fransada Makronun sonuncu Avropa lambadasını günün isti nümunəsi kimi göstərmək olar. Onun kimi üzdəniraq demokratlar bütün sülh səylərimizi, torpaqlarımızı öz gücümüzə azad etmək istəyini belə qundaqda boğmağa çalışırdılar. Kənardan müşahidə edəndə bu qənaətə gəlmək olurdu ki, Azərbaycanın heç vaxt buna cəsarəti çatmayacaq.

Əsrlər boyu Qafqaz dünyadakı ağır müharibə ocaqlarından olub. Erməni diasporu mövcudluğunu dərk etdiyi gündən qollarını çırmalayıb bu regionu cəhənnəmə çevirmək üçün min hoqqadan çıxıb. Əsas məqsədləri Türkiyəni Rusiya ilə müharibəyə çəkib çökdürmək, Azərbaycanı birdəfəlik tarixdən silmək, iki dəniz arasında "böyük Ermənistan" yaratmaq olub. Erməni xalqı bu xəstə təfəkkürün müti qulu və köləsidir. Erməni dövləti isə erməni xalqının müstəqilliyi üçün yox, Qafqazda müharibələrin əbədi davam etməsi üçün yaradılan itaətkar vassal qurumdur. Bu xalqın faşist xislətli diasporu Rusiyada, Fransada və ABŞ-də elə təbliğat aksiyaları aparır ki, Qafqazda müharibələr bir an belə, səngiməsin, Türkiyə-Rusiya münasibətləri çat versin, qan su yerinə axsın.

Onların fikrincə, yüzilliklər boyu aparılan erməni təbliğatı və Qərbin bütün demokratik dəyərlərə tüpürən "erməni sevdası" 2020-ci ildə də bəhrəsini verməli idi. Amma onlar bu zaman Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi qərarlarını, ordu quruculuğundakı səlis addımlarını və Türkiyə ilə Rusiyanın Qarabağda üz-üzə gəlməməsi üçün göstərə biləcəyi səyləri, yeridəcəyi soyuqqanlı diplomatiyanı nəzərə almamışlar. Nəzərə almamışlar ki, Türkiyə ilə Rusiya ikitərəfli münasibətlərini erməni ideologiyasından ucada qurmağı bacarırlar. Nəticədə bağırmaqla, qışqırmaqla və söyüşlə Rusiyanı Türkiyənin üstünə qısqırtmağa can atan erməni lobbisinin fəaliyyəti gözlənilən nəticəni vermədi - Qafqaz qan çanağına çevrilmədi, Rusiya ilə Türkiyə arasında toqquşma baş vermədi. İlham Əliyev isə 44 günlük müharibədə bir an belə ermənilərə ayaq açıb addım atmağa şans vermədi. O özünün necə yenilməz sərkərdə, məharətli və mükəmməl diplomat olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin unikal lider keyfiyyətlərini araşdırmaq üçün həm zamanı geri vərəqləmək, onlara həm də müxtəlif baxış bucaqlarından yanaşmaq lazımdır. Onun intellektual imkanlarını, PrezidentAli Baş Komandan kimi liderlik və sərkərdəlik keyfiyyətlərini Azərbaycan, Qafqaz və MDB miqyasında yox, daha geniş miqyasdadaha genış zaman kəsiyində nəzərdən keçirmək lazımdır, baxmayaraq ki, dövlət başçısının sadaladığımız keyfiyyətlərini, Azərbaycan tarixinə həkk etdiyi möhtəşəm qələbələri bir qəzet yazısına sığışdırmaq mümkün deyil.

İki il əvvəl ermənilər hücuma keçəndə əmin idilər ki, yenə də bizi məğlub edəcəklər. Çünki onlara görə ermənilər ən döyüşkən xalqdır, ən güclü sərkərdələr də ermənilərdir. Elə ən güclü lider də, Qarabağda - özgə torpağında göbək atıb yallı gedən Paşinyanla arvadıdır. Bu fonda erməni müharibə teatrının zalında anşlaq idibütün tamaşaçılar döyüş səhnəsində hayların qələbəsini haraylayıb alqışlamağa hazır idilər. Amma sən saydığını say, gör fələk nə sayır.

Azərbaycan Prezidenti məğrur və təvazökar idi. Onunetdiyi isə məlum idi. Məlum idi ki, İlham Əliyev hakimiyyətə gəldiyi gündən ordu quruculuğu ilə məşğuldur. Azərbaycan Ordusu dünyanın ən müasir orduları ilə təlimlərə qoşulur, xüsusi təyinatlı qoşunlar yaradılır və ən mürəkkəb relyefi və sərt iqlim şəraiti olan ölkələrdə - dənizdə, dağlarda, səhralarda ağır təlimlər keçirlər. Sərt təlimlər, yüksək tələblər elə əzmkar və möhtəşəm ordu yaratmağa imkan verirdi ki, bütün hallarda lovğa və təkəbbürlü erməni ordusunun qarşımıza çıxması mümkün olmayacaqdı.

Üstəlik, Azərbaycanın Ali Baş Komandanı bu müharibəyə həm də dönməz islahatçı ruhu ilə hazırlaşırdı. İlham Əliyev Azərbaycan Ordusunu NATO standartları çərçivəsində qururdu. Ordumuz ən müasir silahlarla təchiz edilir, yüksək intellektual biliklərə malik yeni nəsil zabitlər yetişdirilir, ən müasir kəşfiyyat sistemləri qurulur və düşmənə məlumat sızdıra bilən bütün mənbələr ləğv olunurdu.

Nəticədə 44 günlük Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq salnaməsi oldu. Hər döyüş hərb tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünya Azərbaycanın apardığı ildırım sürətli beşinci nəsil müharibəsinə heyran qaldı. Bu, dünyanın hərb tarixində günümüzədək heç vaxt, heç yerdə heç kim tərəfindən mümayiş etdirilməyən bənzərsiz, nadir müharibə idi. Bu, zaman keçdikcə daha möhtəşəm görünən zəfər idi.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.6.