Tarix yazan ulu millət

 

29 Oktyabr Türkiyə Cümhuriyyətinin Yarandığı Gündür  

 

Müasir dünya siyasətində hər hansı bir mühüm beynəlxalq problemin həllindən söhbət düşəndə onu Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Son illər rəsmi Ankara həm regional hərbi-siyasi münaqişələrin nizama salınmasında, həm də humanitar böhranların aradan qaldırılmasında söz sahibi, etibarlı vasitəçi kimi çıxış edir. Təsadüfi deyil ki, dünyanın müxtəlif qitələrində belə bir sülhsevər missiya yerinə yetirən Türkiyə Cümhuriyyəti oktyabrın 29-da özünün 99-cu ildönümünü həyatın müxtəlif sahələrində qazanmış olduğu möhtəşəm uğurlarla qeyd edir. 

İndiki qeyri-sabit regional və beynəlxalq şəraitdə Türkiyənin xarici siyasəti ölkənin maraqlarını müdafiə edərək eyni zamanda sabit sülhinkişaf üçün şəraitin formalaşdırılmasına yönəldilmiş xətt yeridir, qonşu ölkələrlə sülhün, dirçəlişin və sabitliyin qurulmasına, təmin olunmasına öz sanballı töhfəsini verir.   

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk tərəfindən irəli sürülən "Yurdda sülh, cahanda sülh!" şüarı rəsmi Ankaranın "yol xəritəsi" olmuşdur. Bu prinsip əsasında hazırda "Təşəbbüskar və humanist xarici siyasət" konsepsiyası həyata keçirilir. Bu prinsip türk millətinin təşəbbüskar ruhunu və bəşəri dəyərlərini əks etdirir.

Türkiyənin təşəbbüskar xarici siyasəti ona bir sıra hadisələri qabaqlayaraq və əməli tədbirlər görərək ehtimal olunan təhlükələri dəf etmək, münaqişələrin dərinləşib təhlükəli hal almasının qarşısını almaq imkanı verir. Hazırda müxtəlif ölkələrdə 255 diplomatikkonsul nümayəndəliyinə malik olan Türkiyə dünyada böyüklüyünə görə 5-ci diplomatik şəbəkəyə malikdir. Həm də Türkiyənin xarici siyasətinin region və ümumiyyətlə, dünya ölkələrindən əsas fərqli cəhəti ondan ibarətdir ki, o heç vaxt zalımın yanında durmur, haqqı nahaqqa vermir, ikili standartlara yol vermir.

Hazırda Türkiyə qlobal miqyasda geniş əməkdaşlıq şəbəkəsi yaratmışdır. Rəsmi Ankaranın 28 ölkə ilə əməkdaşlıq şuraları, 4 ölkə ilə hökumətlərarası zirvə gürüşləri, həmçinin üçtərəfli və çoxtərəfli regional birlikləri fəaliyyət göstərir.

Türkiyə Balkan, Yaxın Şərq və Şimali Afrika, Cənubi Qafqaz, Cənubi və Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr saxlayır. O, qonşu regionlarla yanaşı, Afrikada özünün tərəfdaşlıq siyasətini dərinləşdirir və Latın Amerikası, Karib hövzəsi ölkələrində öz iştirakını genişləndirir.

2021-ci ilin dekabrında İstanbulda Prezident R.T.Ərdoğan tərəfindən Türkiyə-Afrika tərəfdaşlığının üçüncü sammiti keçirildi. Zirvə görüşündə 16 dövlət və hökumət başçısı, həmçinin ümumilikdə 100 nazir (onlardan 25-i xarici işlər naziri idi) iştirak etdi. Sammitdə 5 illik fəaliyyət planı qəbul edildi. Xüsusi vurğulamaq lazımdır ki, 2019-cu ildə elan edilmiş "Yenidən Asiya" təşəbbüsü Türkiyəyə XXI əsrin yeni güc mərkəzlərinin yerləşdiyi Asiya-Sakit okean regionu ilə bağlı ardıcıl və hərtərəfli siyasətin əsasını qoymaq imkanı verdi.

Asiya və Avropanın kəsiyində yerləşən Türkiyə hər iki qitənin dövlətləri ilə mövcud strateji münasibətlərini möhkəmləndirməyə və yenilərini inkişaf etdirməyə çalışır. Hazırda Türkiyənin Avropa İttifaqına üzvlük prosesi rəsmi Ankaranın strateji istiqamətlərindən biridir. Türkiyə NATO çərçivəsində müttəfiqi olduğu ABŞ ilə strateji tərəfdaşdır. Bununla belə, Ev Ankara hökumətinin müstəqil xarici siyasət xəttinə təsir edə bilmir. Ankara belə hesab edir ki, Avropanın təhlükəsizliyi və iqtisadi tərəqqisi üçün Trans-Atlantika əlaqələri mühüm əhəmiyyətə malikdir. O, NATO-nun fəal üzvüdür və hətta döyüş qüdrətinə görə blok çərçivəsində ikinci yerdə qərar tutur. Həmçinin hərbi əməliyyatlara daha böyük dəstəyi təmin edən beş aparıcı ölkədən biridir, alyans büdcəsinə yardım göstərən səkkiz ölkədən biridir.

Qoca qitənin bir hissəsi olan Türkiyə demək olar ki, Avropa Şurası və Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı daxil olmaqla, bütün Avropa təsisatlarının banisidir. Türkiyə kütləvi miqrasiya daxil olmaqla, Avropaya təsir edən çoxsaylı problemlərin həlli üzrə səyləri həmişə fəal surətdə dəstəkləyir. Enerji marşrutlarının qovşağı və tranzit ölkəsi olan Türkiyə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm həyati rol oynayır. 

Türkiyə həmçinin bir sıra regional təşkilatların üzv-təsisçilərindən biridir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Cənub-Şərqi Avropada Əməkdaşlıq Prosesiİqtisadi Əməkdaşlıq Təşkilatlarını buna misal göstərmək olar.

Türkiyə həmçinin dünyanın daha çox sayda qaçqın qəbul edən ölkəsidir. Onun ərazisində 4 milyon qaçqın müvəqqəti himayə altındadır, onlardan 3,7 milyonu vətənlərindəki dağıntılardan qaçmaq məcburiyyətində qalan suriyalılardır. Türkiyə indiyədək Suriya vətəndaşlarına müxtəlif xidmətlər və yardım göstərmək üçün 40 milyard dollardan çox vəsait xərcləyib. Məhz onun səyləri sayəsində yüz minlərlə suriyalı öz evlərinə qayıda bilib.

Türkiyənin iqtisadi inkişafının mühüm xüsusiyyətlərindən biriondan ibarətdir ki, o, son 20 il ərzində həmişə gözlənilən həddən yüksək olmuşdur. Bu yenilənmiş iqtisadiyyat çətinliklərin öhdəsindən gəlmək qabiliyyətinə malikdir. Əvvəlki illə müqayisədə 2021-ci ildə ümumi daxili məhsulun həcmi 42,8 faiz artaraq 7,2 tirilyon lirəni ötüb keçmişdir.

Türkiyə iqtisadiyyatı 2022-ci ilin ikinci rübündə (aprel-iyun) ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artmışdır.

Hesablamalara görə, Türkiyə 2030-cu ildə ümumdaxili məhsulun həcminə görə İtaliya və Cənubi Koreyanı ötüb keçəcəkdir. 2050-ci ildə isə onun ÜDH-nin həcminin 5 trilyon dollar təşkil edəcəyi gözlənilir.

Belə bir hədəfə yetişmək üçün ölkədə obyektivsubyektiv amillər mövcuddur. İqtisadiyyatın müxtəlif sahələrində Türkiyə iqtisadiyyatı özünün ümumi rəqabət qabiliyyəti ilə seçilir. Hökumətin iqtisadi inkişaf və artıma münasibətdə qəbul etdiyi qətiyyətli addımlar sayəsində ölkə iqtisadiyyatının dünya dəyərləndirməsi durmadan yaxşılığa doğru gedir. Özəl bölmə iqtisadi spektrdə mühüm yer tutur.

Dünyada elə bir iki dövlət tapmaq olmaz ki, onlar Azərbaycan və Türkiyə qədər bir-biri ilə mənəvi, mədəni, etnik, iqtisadi, tarixi, siyasi tellərlə sıx bağlı olsun. Sözün əsl mənasında strateji tərəfdaş olan bu iki qüdrətli dövlət hazırda bir-birilərinin ən güvənili siyasi mütəffiqləridir. Bu qardaş ölkə ilk olaraq 1991-ci il noyabrın 9-da Azərbaycanı müstəqil dövlət kimi tanımışdır. 1992-ci il yanvarın 14-də isə Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmuşdur. Sevindirici haldır ki, həmin dövrdən başlayaraq iki qardaş ölkə arasında istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu birliyi yüksələn xətlə inkişaf etdirilir.

Strateji müttəfiq olan Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında rəsmi Bakı və Ankara vahid mövqedən çıxış edirlər. Ulu Öndər tərəfindən möhkəm təməl üzərində inkişaf etdirilən Azərbaycan-Türkiyə siyasi əlaqələri Prezident İlham Əliyevin hakimiyyəti illərində daha yüksək zirvəyə çatdırıldı. Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə isə qarşılıqlı hərbi-siyasi əməkdaşlıq yeni dəyərlər kəsb etdi.

Vətən müharibəsinin ilk saatlarından zəfərlə başa çatmasınadək Türkiyənin siyasi və hərbi rəhbərliyi Azərbaycanın yanında oldu. Nəticədə üçüncü dövlətin müharibəyə qarışması cəhdinin qarşısı qətiyyətlə alındı və Azərbaycan milli ordusunun düşmənə qarşı təkbaşına savaşda qələbəsi təmin olundu.  2021-ci il iyunun 15-də Şuşada imzalanan bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlandığını bütün dünyaya bəyan etdi.

Azərbaycan və Türkiyənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək investisiya layihələrində birgə iştirakı iqtisadi-siyasi və hərbi-siyasi nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir.

İki ölkə arasında qarşılıqlı münasibətlər son zamanlar hökumətlər, parlamentlər, ayrı-ayrı nazirlikinfrastruktur təşkilatlar arasındakı əlaqələr çərçivəsində daha da dərinləşmişdir. Siyasi münasibətlərin yüksək səviyyədə inkişafı və onun qarşılıqlı etimada əsaslanması həyatın digər sahələrində də əməkdaşlığın gücləndirilməsi üçün geniş üfüqlər açır. Bu cəhətdən iki ölkənin iqtisadi sahədə əməkdaşlığı bir çox dövlətlər üçün nümunə ola bilər. Təsadüfi deyil ki, ölkəmizdə diplomatik fəaliyyətə yenicə başlamış Türkiyənin səfiri Cahit Bağcı 2021-ci ilin iyununda Azərbaycanın iqtisadiyyat naziri ilə görüşüb əməkdaşlığın inkişaf istiqamətlərini geniş müzakirə etmişdir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP layihəsi, Şimal-Cənub qaz dəhlizinin bir hissəsi olan Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi-energetika sahəsində müstəqillik dövründə həyata keçirilmiş ən uğurlu layihələr hesab edilir. Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir.

2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 4,6 milyard dollar təşkil edib. Hazırda Azərbaycan-Türkiyə iqtisadi əlaqələri dinamik inkişaf edir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 359204 tona yaxın xam neft (212 milyon dollar dəyərində) ixrac edilmişdir. Bu dövr ərzində Azərbaycanın Türkiyəyə ümumi ixracı 2 milyard 728,2 milyon dollar, idxalı isə 1 milyard 624,5 milyon dollar təşkil etmişdir. Qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi 4,3 milyard dollardan çox olmuşdur. Bu dövr ərzində Azərbaycandan Türkiyəyə 2,7 milyard dollardan çox məhsul ixrac edilib. Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri isə 1,6 milyard dollardan çox olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın qeyri-neft sektoru Türkiyəyə 511,6 milyon dollardan çox məhsul göndərmişdir. Qardaş ölkələr öz qarşılarına 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasında Zəngəzur dəhlizinin də mühüm rolu olacaq.

Qarşılıqlı surətdə sərmayə qoyuluşları sahəsində də müsbət təcrübə əldə edilmişdir. Artıq Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Azərbaycanın qeyri-neft sektoruna yatırım edən ölkələr sırasında Türkiyə birinci yerdə durur. Hazırda Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 minə yaxın türk şirkəti, Türkiyədə isə 2563 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Möhtəşəm zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə şirkətləri bütün imkanları ilə qardaş köməyi göstərirlər. Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələrini reallaşdırıblar. Bu cəmi 455 podrat layihəsinin həyata keçirilməsi deməkdir. Üçüncü ölkə vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana yönəltdiyi investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır.

Azərbaycandan yönəldilən 6,3 milyard dollar sərmayə hesabına Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda nəhəng "Star" neft emalı müəssisəsinin yaradılması dost ölkələrin qarşılıqlı inamının növbəti təcəssümüdür. Məlumata görə, 2024-cü ildən "Star" neft emalı zavodunun istehsal həcmi 115 faiz proqnozlaşdırılır.

Gələcəkdə Zəngəzur dəhlizi açılandan sonra həm region ölkələri, həm də Qərb və Uzaq Şərq ölkələri onun iqtisadi bəhrəsini görəcəklər. Bu magistral xətt Azərbaycan-Türkiyə  iqtisadi əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaqdır. Nəticədə Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı regionun iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, beynəlxalq iqtisadi əməkdaşlığın güclənməsinə, hərbi-siyasi ab-havanın yumşalmasına müsbət təsir göstərəcəkdir.   

İqtisadi əlaqələrin gücləndirilməsində adamlarının qarşılıqlı səfərləri mühüm rol oynadı. Keçən ilin oktyabrında Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə İqtisadi əlaqələrinin inkişafı" mövzusunda Türkiyə səfirliyində adamları ilə görüş keçirildi. Bu ilin iyununda isə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti Azərbaycanda oldu. Türkiyə nümayəndə heyəti ilə görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi, türk adamlarının Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parklarına və məhəllələrinə investisiyaların yatırılması, Türkiyədən olan yükdaşıyıcıların Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanlarından daha çox faydalanması kimi məsələlər müzakirə olundu.

Son illər iki ölkə prezidentinin iştirakı ilə həyata keçirilən mühüm əhəmiyyətli layihələrin, tikililərin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi müntəzəm hal almışdır. Mayın 14-də Prezident  İlham Əliyevin Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi, Prezident R.T.Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi xalqlarımızda qürur doğurdu.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xətlə inkişaf edir. Artıq bunun üçün hüquqi baza da yaradılmışdır. Türkiyə tərəfi milli hərbi kadrların hazırlanmasında Azərbaycana hərtərəfli kömək edir. Qalib Azərbaycan Ordusunun sıralarında qardaş ölkədə hazırlanmış xeyli sayda zabit heyəti vardır.

Mədəniyyət, elm, təhsil, idmanturizm sahələrində də müntəzəm və məhsuldar əməkdaşlıq mövcuddur. Bu ilin yanvarında İstanbul şəhəri Kent Universitetində 2022-ci il "Şuşa ili"nə həsr olunmuş Azərbaycan-Türkiyə münasibətləri mövzusunda konfrans təşkil edilmişdir. Bu qəbildən olan digər çoxsaylı mədəni-kütləvi tədbirləri də nümunə gətirmək olar. Bu gün qüdrətli Türkiyə regiondadünyada davamlı sülh və inkişafın ardıcıl təminatçısı kimi çıxış edir və gələn il özünün yüz illik möhtəşəm yubileyinə hazırlaşır. Möhkəm əminliklə deyə bilərik ki, Azərbaycan da qardaş Türkiyə ilə birlikdə 2023-cü ilə yeni-yeni uğurlarla qədəm qoyacaqdır.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

 

Azərbaycan.- 2022.- 29 oktyabr.- S.7.